Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa Çempionu Kubokuna layiq görülüb - VİDEO
Slovakiyada Azərbaycan komandasının qalibi olduğu futzal üzrə Avropa çempionatının qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilib Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, rəsmi hissə üçüncü yeri tutan komandaların mükafatlandırılması ilə başlayıb: Serbiya və Macarıstan komandaları b

Slovakiyada Azərbaycan komandasının qalibi olduğu futzal üzrə Avropa çempionatının qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilib Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, rəsmi hissə üçüncü yeri tutan komandaların mükafatlandırılması ilə başlayıb: Serbiya və Macarıstan komandaları bürünc medala sahib olublar Sonrakı pillədə turnirin gümüş mükafatçıları - Ukrayna milli komandasının oyunçuları qərarlaşıblar Gecənin kulminasiyası Azərbaycan komandasının mükafatlandırılması olub. İkiqat qitə çempionları gurultulu alqışlar altında qızıl medallarla təltif olundular, bundan sonra komandanın kapitanı arzuladığı çempionluq kubokunu başının üstündə qaldırdı Mükafatlandırma mərasimində Avropa Futzal Federasiyasının (EMF) prezidenti Peter Kralik və digər rəsmi şəxslər iştirak ediblər Xatırladaq ki, həlledici final oyununda Azərbaycan komandası Ukraynaya 2:0 hesabı ilə inamlı qalib gələrək Avropanın ən güclü komandası adını qazanıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

