Braziliya millisi Neymarı zədə səbəbindən 2026-cı il dünya çempionatı öncəsi heyətdən kənarlaşdırıb
Braziliya millisinin və "Santos"un hücumçusu Neymar baldırından aldığı zədə səbəbindən millinin Misirlə yoldaşlıq oyununu buraxacaq. Bu barədə ESPN-in jurnalisti Pedro İvo Almeyda məlumat verib Braziliya və Misir arasında görüş 2026-cı il futbol üzrə dünya çempionatının başlamasına bir neçə gün qa

Braziliya millisinin və "Santos"un hücumçusu Neymar baldırından aldığı zədə səbəbindən millinin Misirlə yoldaşlıq oyununu buraxacaq. Bu barədə ESPN-in jurnalisti Pedro İvo Almeyda məlumat verib Braziliya və Misir arasında görüş 2026-cı il futbol üzrə dünya çempionatının başlamasına bir neçə gün qalmış, iyunun 7-də baş tutmalıdır Jurnalistin sözlərinə görə, Neymar hazırda baldır əzələsi zədəsini müalicə edir və milli komandanın Nyu-Cersidəki məşq bazasında qalacaq 34 yaşlı futbolçu Karlo Ançelotti komandaya baş məşqçi təyin olunandan sonra ilk dəfə milliyə çağırış alıb. Neymarın qayıtması xəbəri azarkeşlər tərəfindən coşğu ilə qarşılandı, çünki o, Braziliyanın bütün zamanların ən yaxşı bombardiridir Daha əvvəl Neymara sağ baldır əzələsinin şişməsi diaqnozu qoyulduğu bildirilirdi. Bu səbəbdən o, artıq matçlardan birini buraxıb. Zədəsinə baxmayaraq futbolçu milli komandanın olduğu yerə təxminən 10 milyon dollar dəyərində şəxsi helikopteri ilə gəlib Eyni zamanda, təlim-məşq toplanışına gəlməsi onun dünya çempionatında iştirakına zəmanət vermir. Turnirin reqlamentinə əsasən, komandanın ilk oyununa ən geci 24 saat qalmış oyunçu iştirakdan kənarlaşdırıla və başqası ilə əvəz oluna bilər Braziliya millisi dünya çempionatındakı çıxışına iyunun 13-dən 14-nə keçən gecə Mərakeşlə qarşılaşma ilə başlayacaq. Ona görə də Neymarla bağlı yekun qərar iyunun 13-dən əvvəl verilməlidir Neymar üçün 2026-cı il dünya çempionatı onun karyerasında dördüncü dünya çempionatı ola bilər. O, Braziliya millisində 2014, 2018 və 2022-ci illərdə turnirlərdə çıxış edib, lakin hələ də dünya çempionu olmayıb Neymar 128 matçda 79 qolla Braziliyanın bütün zamanların bombardiridir 2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Meksika və Kanadada iyunun 11-dən iyulun 19-dək keçiriləcək

