Azərbaycan millisi Avropa çempionatında ikinci oldu
Bolqarıstanın Samokov şəhərində 17 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb "Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız yarışda uğurla çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 156 xal toplayan komand

Bolqarıstanın Samokov şəhərində 17 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb "Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız yarışda uğurla çıxış edərək 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 156 xal toplayan komandamız çempion olmuş və komanda hesabında ikinci yeri tutan Rusiya yığmasından cəmi 7 xal geri qalmışdı. İlk üçlüyü 124 xalla Gürcüstan qapayıb Qeyd edək ki, böyük məşqçi Əsgərxan Novruzov, eləcə də məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olublar. Rəşid Nəzərov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıblar


