Səbinə Zülalova: Mürəkkəb məsələlərin incəsənət vasitəsilə müzakirəsi
“Qaranlıqdan işığa” adlı sosial-mədəni layihənin həyata keçirilməsinə hazırlıq görülür. Bu təşəbbüs müasir cəmiyyətin mürəkkəb, ağrılı və bir çox hallarda danışılmayan mövzuları haqqında açıq mükaliməyə yönəlib Layihə bədii nəql formatında psixoloq şərhləri ilə eyniadlı romanın motivləri əsasında h

“Qaranlıqdan işığa” adlı sosial-mədəni layihənin həyata keçirilməsinə hazırlıq görülür. Bu təşəbbüs müasir cəmiyyətin mürəkkəb, ağrılı və bir çox hallarda danışılmayan mövzuları haqqında açıq mükaliməyə yönəlib Layihə bədii nəql formatında psixoloq şərhləri ilə eyniadlı romanın motivləri əsasında hazırlanıb. Kitabda real həyat hadisələri təqdim olunur və paralel şəkildə ətrafımızda baş verənlər - səbəblərin təhlili, emosional mexanizmlər və böhran vəziyyətlərindən mümkün çıxış yolları ilə bağlı peşəkar baxış təklif edilir Layihə çərçivəsində incəsənət sərgiləri, tematik seminarlar, ictimaiyyət və ictimai təşkilatlarla əməkdaşlıq, mütəxəssislərlə toplantılar və kitab təqdimatı keçiriləcək. Layihədə rəssamlar üçün yaradıcı seminar xüsusi rol oynayır “Qaranlıqdan işığa” romanının və layihənin müəllifi Səbinə Zülalova AZƏRTAC-ın müxbirinə müsahibəsində qeyd edib ki, bu təşəbbüs mürəkkəb məsələləri incəsənət vasitəsilə müzakirə etmək üçün bir fürsətdir O vurğulayıb: “Altı ildən çoxdur ki, roman üzərində işləyirəm və hətta ikinci cildi yazmağa başlamışam. Yazdıqca, tədricən qəhrəmanımın araşdırdığı yeni mövzular ortaya çıxdı. Bu mövzular, daha doğrusu, problemlər tanıdığım və sevdiyim insanların hekayələri əsasında formalaşıb. Bu insanların təcrübələrinə nə qədər dərindən nüfuz etsəm, onları dünya ilə bölüşmək istəyim bir o qədər gücləndi. Anladım ki, qadınların bir çoxu oxşar vəziyyətlərlə qarşılaşır. Bu təcrübələr barədə danışmaq lazımdır” Onun sözlərinə görə, layihənin formatı əvvəlcə yalnız uydurma roman - qəhrəmanın daxili dünyasını üzə çıxaran bir povest kimi təsəvvür edilmişdi. “Lakin zaman keçdikcə, bunun kifayət olmadığını hiss etməyə başladım. Təkcə problemi müəyyənləşdirmək deyil, həm də onların öhdəsindən necə gəlmək, sarsılmamaq, özünü qorumaq kimi məsələlər üzrə mümkün həllər təklif etmək vacibdir. Buna görə də psixoloqla işləmə formatı romanın strukturuna üzvi şəkildə, həm də seansların təsvirləri və sonrakı tövsiyələr vasitəsilə daxil edildi. Bu, hekayəyə canlılıq qatdı və onu təkcə bədii deyil, həm də praktik etdi Hər bir qadın psixoloqa baş çəkməyi özünə rəva görmür, həmçinin bu, çox vaxt baha başa gəlir və bəzən daxili maneələr və ya sosial münasibətlər - şəxsi məsələlər haqqında danışmaq qorxusu, “çirkli paltarlarını” ictimaiyyətə yaymaqdan çəkinmək və bəzən hətta açıq qadağalar ona mane olur. Bu mənada roman oxucunun özünü tanıyacağı və dəstək tapa biləcəyi təhlükəsiz bir məkana çevrilə bilər Layihə təkcə bir kitabla məhdudlaşmır. Digər təşəbbüslər - vərdiş davranış nümunələrini dəyişdirmək üçün sadə, lakin effektiv vasitələrlə marafonlar, müxtəlif sahələrdən olan mütəxəssislərlə canlı görüşlər, ən mürəkkəb və həssas mövzuları əhatə edəcək video podkastlara və mədəni tədbirlər də planlaşdırılır. Məsələn, incəsənət vasitəsilə vacib sosial məsələləri müzakirə edə biləcəyimiz sərgilərin təşkili”, - deyə S. Zülalova diqqətə çatdırıb Müəllif qeyd etdiyi kimi, bu layihədə qadınların sosial problemlərinə diqqət yetirilib “Bu, mənə daha yaxın və çox tanış olan, səmimi və dərindən işləyə biləcəyim bir sahədir. Burada bacarıqlarımı tətbiq edə, mütəxəssisləri və onların auditoriyasını bir layihə ətrafında bir araya gətirə, dialoq və dəstək üçün bir məkan yarada bilərəm. İnanmaq istərdim ki, bir gün belə mövzular aktuallığını itirəcək. Amma real olaraq, bu, daha çox utopiyadır. B səbəbdən də bizim vəzifəmiz danışmağa, dəstəkləməyə və kömək etməyə davam etməkdir”, - deyə müsahibimiz sözlərini yekunlaşdırıb Qeyd edək ki, Səbinə Zülalova müasir cəmiyyətin inkişafına, milli irsin qorunmasına və davamlı dəyərlərin təşviqinə yönəlmiş mədəni, sosial və ekoloji təşəbbüslərin yaradıcısı və kuratorudur. Onun layihələrinə “Yaşadaq” antiselektiv abort layihəsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirak etdiyi moda nümayişi - “Günəş kimi parlayan uşaqlar” layihəsi və Daun sindromlu uşaqların iştirak etdiyi “Marytale. İnklüziv möcüzələr” nağılının ekranda təcəssümü daxildir. Bu film bu yaxınlarda Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında kinoşünas alim, Əməkdar incəsənət xadimi və dosent Aydın Kazımzadənin dördcildlik “Azərbaycan kinosu. Qısa Ensiklopediya (1898–2025)” nəşrinə, həmçinin Roma Film Festivalının proqramına daxil edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
.webp&w=2048&q=70)

