ABŞ və İran sülhün astanasında - Saziş layihəsinin ən vacib 10 maddəsi
ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun yekun layihəsi Hörmüz boğazının fəaliyyətinin bərpasını, ABŞ-ın neft sanksiyalarının ləğvini və 60 gün ərzində yekun sazişin hazırlanmasını nəzərdə tutur Publika.az xəbər verir ki, bu barədə "Reuters" yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat yayıb

ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun yekun layihəsi Hörmüz boğazının fəaliyyətinin bərpasını, ABŞ-ın neft sanksiyalarının ləğvini və 60 gün ərzində yekun sazişin hazırlanmasını nəzərdə tutur Publika.az xəbər verir ki, bu barədə "Reuters" yüksək vəzifəli İran rəsmisinə istinadla məlumat yayıb Bildirilib ki, sazişə əsasən, İran Hörmüz boğazını dərhal bütün ticarət gəmiləri üçün açacaq, ABŞ isə İran limanlarının hərbi-dəniz blokadasına son qoyacaq. Agentlik yazır ki, Birləşmiş Ştatlar blokadanı saziş imzalanan kimi aradan qaldırmağa başlayacaq və bu proses 30 gün ərzində başa çatmalıdır Layihəyə görə, ABŞ yekun razılaşma əldə olunana qədər İrana qarşı heç bir yeni sanksiya tətbiq etməyəcək. Bundan sonra bütün sanksiyalar təsdiq olunmuş qrafik əsasında ləğv ediləcək. Vaşinqton həmçinin Tehranın neft satıb gəlir əldə edə bilməsi üçün neft sanksiyalarını müvəqqəti olaraq dayandıracaq Qeyd edilib ki, ABŞ İranın 25 milyard dollar dəyərində dondurulmuş aktivlərini birbaşa pul köçürmələri və kredit xətləri vasitəsilə blokadadan çıxarmağa razılaşıb. Həmçinin, Vaşinqton regional müttəfiqləri ilə birlikdə İranın bərpası və inkişafı üçün Tehranla 60 gün ərzində razılaşdırılacaq xüsusi plan hazırlayacaq Bundan əlavə, Tehran nüvə silahı istehsal etməmək və ya almamaq öhdəliyi götürür. Yekun razılaşmaya qədər İslam Respublikası uranın zənginləşdirilməsini və nüvə obyektlərinin genişləndirilməsini dayandıraraq proqramın hazırkı statusunu qoruyub saxlayacaq. İranın nüvə proqramı və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının idarə olunması mexanizmlərinin isə memorandum imzalandıqdan sonrakı 60 gün ərzində müzakirə edilməsi planlaşdırılır Mənbədə qeyd olunan saziş layihəsinin əsas maddələrini və detallarını daha ətraflı və geniş formada aşağıdakı kimi sıralaya bilərik: Hörmüz boğazının açılması: İran boğazı bütün ticarət gəmiləri üçün dərhal açacaq və oradan keçən gəmilərdən rüsum almayacaq Hərbi-dəniz blokadasının ləğvi: ABŞ İran limanlarına tətbiq etdiyi hərbi-dəniz blokadasını saziş imzalanan kimi aradan qaldırmağa başlayacaq və bu proses 30 gün ərzində tam yekunlaşacaq Yeni sanksiyaların qadağası: Yekun razılaşma əldə olunana qədər ABŞ İrana qarşı heç bir yeni sanksiya tətbiq etməyəcək Mövcud sanksiyaların mərhələli ləğvi: Yekun saziş bağlandıqdan sonra ABŞ və BMT-nin İrana qarşı bütün sanksiyaları təsdiq olunmuş xüsusi qrafik üzrə ləğv ediləcək Neft sanksiyalarının müvəqqəti dayandırılması: İranın neft satıb gəlir əldə edə bilməsi üçün ABŞ neft sanksiyalarını müəyyən müddətə dayandıracaq Dondurulmuş aktivlərin sərbəst buraxılması: ABŞ İranın 25 milyard dollar dəyərində olan dondurulmuş aktivlərini birbaşa pul köçürmələri, region ölkələri ilə əməkdaşlıq və kredit xətləri vasitəsilə blokadadan çıxaracaq İranın bərpası planı: Vaşinqton regional müttəfiqləri ilə koordinasiyada İranın bərpası və inkişafı üçün xüsusi bir plan hazırlayacaq; bu plan 60 gün ərzində Tehranla razılaşdırılacaq Nüvə silahından imtina: Tehran nüvə silahı istehsal etməmək və ya almamaq barədə rəsmi öhdəlik götürür Nüvə proqramının "dondurulması": Yekun razılaşmaya qədər İran öz nüvə proqramını hazırkı status-kvoda saxlayacaq, yəni uranın zənginləşdirilməsini artırmayacaq və yeni nüvə obyektləri tikməyəcək 60 günlük müzakirə dövrü: Nüvə proqramı, zənginləşdirmə fəaliyyəti və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının idarə olunması mexanizmləri memorandum imzalandıqdan sonrakı 60 gün ərzində geniş müzakirə olunacaq Rusiyada narazılıq yaradan erməni belə saxlanıldı: Gümrüdə abidəni dağıtmışdı - VİDEO Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü İshaq Dar və Hakan Fidan planlaşdırılan ABŞ-İran razılaşmasını müzakirə etdilər Qida fabrikinə silahlı hücum oldu - Ölən var ABŞ İranı buna da razı saldı - Hörmüzdə keçid şərtləri necə olacaq? Rusiya raketləri İran arsenalında - Ehtiyac yaranarsa Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!” Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO Müğənnilər birləşib atı "övladlığa" götürdülər Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar


