Müharibə zamanı gizli söhbət! Netanyahunun səfəri açıqlanıb
ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə zamanı İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyi açıqlanıb İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada Netanyahunun səfər çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə gör

ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibə zamanı İsrailin baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə gizli səfər etdiyi açıqlanıb İsrail Baş Nazirlik Ofisindən verilən açıqlamada Netanyahunun səfər çərçivəsində BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşdüyü bildirilib Açıqlamada, sözügedən səfərin İsrail və BƏƏ arasında münasibətlərdə “tarixi irəliləyiş”ə səbəb olduğu bildirilib ABŞ mərkəzli Axiosun 26 aprel tarixli xəbərində İsrail ilə BƏƏ arasında hərbi, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının müharibə zamanı yüksək səviyyəyə yüksəldiyi iddia edilib Xəbərdə Netanyahunun müharibənin ilk günlərində Əl Nəhyanla görüşündən sonra İsrail ordusuna aid Dəmir Qübbə batareyası və bu sistemdən istifadə edəcək onlarla İsrail əsgərinin BƏƏ-yə göndərilməsi əmri verdiyi iddia edilib ABŞ-ın İsraildəki səfiri Mike Huckabee Təl-Əvivdə iştirak etdiyi konfransda İsrailin müharibə zamanı BƏƏ-yə bu sistemləri idarə etməyə kömək etmək üçün Dəmir Günbəz batareyaları və əsgərlər göndərdiyini təsdiqləyib Mənbə: Anadolu Agentliyi


