Tenqri
Ana Səhifə
Dünya

Səudiyyəlilər qorxdular

Səudiyyə Ərəbistanının narazılığı ABŞ prezidenti Donald Trampın Hörmüz boğazından gəmiləri müşayiət etmək üçün həyata keçirilən “Azadlıq Layihəsi” əməliyyatını ləğv etməsinə səbəb olub. Bu barədə NBC mənbələrə istinadən məlumat yayıb. Ər-Riyad ABŞ-ın əməliyyatının İranın hücumuna səbəb olacağından e

0 baxışhaqqin.az
Səudiyyəlilər qorxdular
Paylaş:

Səudiyyə Ərəbistanının narazılığı ABŞ prezidenti Donald Trampın Hörmüz boğazından gəmiləri müşayiət etmək üçün həyata keçirilən “Azadlıq Layihəsi” əməliyyatını ləğv etməsinə səbəb olub. Bu barədə NBC mənbələrə istinadən məlumat yayıb. Ər-Riyad ABŞ-ın əməliyyatının İranın hücumuna səbəb olacağından ehtiyat edirdi Telekanalın məlumatına görə, Vaşinqton regiondakı müttəfiqlərinə əvvəlcədən xəbərdarlıq etmədən əməliyyata başlayıb. NBC mənbələri Səudiyyə Ərəbistanının planı çox riskli hesab etdiyini və ABŞ-ın regiondakı müttəfiqlərinə mümkün "fəlakətli" hücumlardan qorxduğunu bildirib Ər-Riyad ABŞ-a missiyanı dəstəkləmək üçün Şahzadə Sultan aviabazasından və onun hava məkanından istifadə etməyi qadağan edib. Tramp 36 saat sonra əməliyyatı dayandırıb Küveyt həmçinin əməliyyat dayandırılana qədər Azadlıq Layihəsinə dəstək olaraq bazalarından və hava məkanından istifadəni məhdudlaşdırmaqla hədələyib. Mənbələrin məlumatına görə, ABŞ-ın Fars körfəzindəki müttəfiqləri Vaşinqtonun İranın regionun infrastrukturuna mümkün hücumlarına cavab verməyəcəyindən ehtiyat edirdilər “Azadlıq Layihəsi” əməliyyatı ABŞ, İsrail və İran arasında münaqişənin kəskinləşməsindən sonra Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasına yönəlib

Kaynak: haqqin.az

Diğer Haberler