Sığorta statusu olmayan vətəndaşlar da pulsuz olaraq onkoskrininqdən keçirlər
Bu ildən etibarən pulsuz skrininq testlərinə dəyişikliklər edilib. İlk növbədə, iştirakçıların yaş həddi artırılıb. Əvvəllər profilaktik müayinələr 70 yaşa qədər aparılırdısa, indi 76 yaşa qədər olan vətəndaşlar da əhatə olunur. Digər mühüm dəyişiklik isə xərçəng müayinələrinin artıq sığorta statusu

Bu ildən etibarən pulsuz skrininq testlərinə dəyişikliklər edilib. İlk növbədə, iştirakçıların yaş həddi artırılıb. Əvvəllər profilaktik müayinələr 70 yaşa qədər aparılırdısa, indi 76 yaşa qədər olan vətəndaşlar da əhatə olunur. Digər mühüm dəyişiklik isə xərçəng müayinələrinin artıq sığorta statusundan asılı olmamasıdır. Döş, uşaqlıq boynu və yoğun bağırsaq xərçənginin erkən aşkarlanması üçün skrininq bütün vətəndaşlar üçün əlçatandır. Bundan əlavə, 70-76 yaş arası sakinlər iki ildən bir hipertoniya, şəkərli diabet və qlaukoma müayinəsindən keçə bilərlər. 50 yaşdan yuxarı kişilər üçün isə ürək-damar xəstəliklərinin risk faktorlarını müəyyən etmək üçün yeni test tətbiq edilib. Onun çərçivəsində boyun və böyük qan damarlarının ultrasəs müayinəsi aparılır Asel Kıdırəliyeva, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Departamentinin direktor müavini:


