“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb
Türkiyənin İzmir şəhərində Rusiya İmperial Balet qrupu tərəfindən səhnələşdirilən “Romeo və Cülyetta” baletinin ən kədərli anında gözlənilməz hadisə yaşanıb. Romeonun ölüm səhnəsi zamanı səhnəyə daxil olan pişik hərəkətsiz uzanan qəhrəmanın yanına gəlib və onun saçları ilə oynamağa başlayıb AZƏRTAC

Türkiyənin İzmir şəhərində Rusiya İmperial Balet qrupu tərəfindən səhnələşdirilən “Romeo və Cülyetta” baletinin ən kədərli anında gözlənilməz hadisə yaşanıb. Romeonun ölüm səhnəsi zamanı səhnəyə daxil olan pişik hərəkətsiz uzanan qəhrəmanın yanına gəlib və onun saçları ilə oynamağa başlayıb AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tamaşaçılar əvvəlcə təəccüblənsələr də, qısa müddət sonra gülüşlərini saxlaya bilməyiblər. Səhnədəki artistlər isə gözlənilməz "qonağa" baxmayaraq, tamaşanı peşəkarlıqla davam etdiriblər. Beləliklə, bir neçə saniyə ərzində kədər göz yaşları ilə deyil, səmimi qəhqəhələrlə əvəz olunub Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və minlərlə insanın diqqətini cəlb edib. İzləyicilər zarafatla bildiriblər ki, həmin axşam səhnənin əsl ulduzu nə Romeo, nə də Cülyetta olub, bütün alqışları pişik qazanıb Beləcə, əsrlərdir insanları kövrəldən məşhur eşq hekayəsinin son səhnəsi bu dəfə göz yaşları ilə deyil, gülüşlərlə yadda qalıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


