“Əsas diqqət cərimə mexanizmlərindən çox, infrastrukturun düzgün qurulmasına yönəldilməlidir” - Rəy
“Şəhər mühitində davamlı və baryersiz səkilər mövcud deyilsə, təhlükəsiz və qısa piyada keçidləri təmin olunmayıbsa, belə şəraitdə piyadaların cərimələnməsi doğru deyil” Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. Ekspertin sözlərinə görə, insanlardan təh

“Şəhər mühitində davamlı və baryersiz səkilər mövcud deyilsə, təhlükəsiz və qısa piyada keçidləri təmin olunmayıbsa, belə şəraitdə piyadaların cərimələnməsi doğru deyil” Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib. Ekspertin sözlərinə görə, insanlardan təhlükəsiz davranış tələb etməzdən əvvəl, təhlükəsiz mühitin yaradılması şəhərsalma siyasətinin birbaşa vəzifəsidir: “Düzgün planlaşdırılmış şəhər mühiti həm sürücülərin, həm də piyadaların davranışını avtomatik olaraq təhlükəsiz istiqamətə yönəldir və bu da qəza riskini minimuma endirir. Yol qəzalarının azaldılması istiqamətində dünyada effektivliyi sübut olunmuş “Vision Zero” yanaşması əsas götürülməlidir. Bu konsepsiya insan səhvini qaçılmaz qəbul edir və sistemi elə qurmağı tələb edir ki, baş verən səhvlər ölüm və ağır xəsarətlə nəticələnməsin. Yəni əsas diqqət cərimə mexanizmlərindən çox, infrastrukturun düzgün qurulmasına, küçə dizaynına və təhlükəsizlik standartlarına yönəldilməlidir”

