Sandu: Moldova Ukrayna ilə əməkdaşlıq çərçivəsində dron istehsal edəcək
Moldova Konstitusiyada təsbit olunmuş daimi neytrallıq statusuna baxmayaraq, pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq. APA xəbər verir ki, bu barədə ölkə Prezidenti Maya Sandu moldovalı videobloqer Nikolay Kikuya müsahibəsində bildirib Sandu qeyd edib ki, dövlət-özəl tərəfdaşlıqlarına və

Moldova Konstitusiyada təsbit olunmuş daimi neytrallıq statusuna baxmayaraq, pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq. APA xəbər verir ki, bu barədə ölkə Prezidenti Maya Sandu moldovalı videobloqer Nikolay Kikuya müsahibəsində bildirib Sandu qeyd edib ki, dövlət-özəl tərəfdaşlıqlarına və xarici investisiyalara imkan yaratmaq üçün qanunvericiliyin təcili şəkildə dəyişdirilməsini hökumətdən tələb edib “Müdaxiləedici dronlarla mübarizə aparacaq bu pilotsuz aparatlara ehtiyacımız var. Ölkəmizin ərazisinə getdikcə daha çox daxil olan və real təhlükə yaradan dronlara qarşı vasitələrə sahib olmalıyıq”, – deyə Sandu deyib O vurğulayıb ki, bu qərar Rumıniyanın Qalaç şəhərinə dronun düşməsindən sonra qəbul olunub “Qanunvericiliyə dəyişiklik hazırlanmasını hökumətdən xahiş etmişəm. Bir tərəfdən dövlət bu dronları və antidron sistemlərini istehsal etməlidir, digər tərəfdən isə özəl sektorun da bu prosesdə iştirakına imkan verməliyik”, – deyə Sandu əlavə edib Prezidentin sözlərinə görə, Moldovada hazırda dron istehsalını təşkil etmək üçün nə texnologiya, nə də mütəxəssis bazası mövcuddur. Xarici investorlar isə bu potensiala malikdirlər, lakin onların iştirak etməsi üçün qanunvericilikdə dəyişikliklər zəruridir Sandu bildirib ki, Moldova bu sahədə Ukraynanın dəstəyinə ümid edir “Texnologiyaları onlardan əldə etməyə çalışacağıq. Lakin bu texnologiyalarla işləmək üçün ilk növbədə burada ən azı minimal təcrübəyə malik komanda formalaşdırmalıyıq”, – deyə o qeyd edib


