Ermənistanda seçki nəticələri - Sandıq başında Azərbaycanın sülh gündəliyi qalib gəldi - ŞƏRH
Ermənistanda iyunun 7-də keçirilən parlament seçkiləri başa çatdı Bu seçkilər Ermənistanın gələcəyini, suverenliyini, paralel olaraq isə Cənubi Qafqazda sülh və sabitliyi təyin edəcəyi baxımından kritik sayılırdı. Çünki seçkilərdən əvvəl regionda sülhə qarşı çıxan revanşist qüvvələr, kilsənin radik

Ermənistanda iyunun 7-də keçirilən parlament seçkiləri başa çatdı Bu seçkilər Ermənistanın gələcəyini, suverenliyini, paralel olaraq isə Cənubi Qafqazda sülh və sabitliyi təyin edəcəyi baxımından kritik sayılırdı. Çünki seçkilərdən əvvəl regionda sülhə qarşı çıxan revanşist qüvvələr, kilsənin radikal çağırışları, xaos və gərginliyə səsləyən siyasi birliklər, Kremlin və Qərbin müəyyən dairələrinin əlaltıları bu dəfə iflasa uğradılar Erməni xalqı növbəti dəfə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasına səs verdi. Ermənistan MSK-nın son məlumatına görə, seçicilərin 727 min 160 nəfəri hakim partiyaya səs verib. Bu isə 49.82 faiz deməkdir MSK-nın açıqladığı rəqəmlər göstərir ki, revanşistlərin ideologiyası və arzuları bu dəfə də puça çıxdı. Erməni cəmiyyəti sandıq başında revanşizmə və müharibəyə yox, sülhə səs verdi. Erməni seçici Azərbaycanın təklif etdiyi reallıqla, yəni sülh və mehriban qonşuluq, iqtisadi inteqrasiya, iqtisadi blokadadan çıxmaq ilə müxalifətin təklif etdiyi fəlakətli status-kvoya qayıdış, yəni müharibə və tam təcrid arasında seçim etdi Göründüyü kimi, Ermənistanda seçkilərdə həlledici məqam məhz rəsmi Bakının təklif etdiyi sülh gündəmi oldu. Azərbaycanın təklif etdiyi bu sülh gündəmi qarşısında kilsə, revanşistlər təslim oldular və onların yaratdıqları illüziyalar darmadağın edildi. Erməni seçici anladı ki, Bakının təklif etdiyi şərtlər çərçivəsində sülhü qəbul etmək sadəcə seçim deyil, bu həm də Ermənistan dövlətinin yeganə sağ qalma mexanizmidir Bu gün Cənubi Qafqazda formalaşan siyasi mühitin əsas memarı birbaşa Azərbaycan və Prezident İlham Əliyevdir. Ölkə başçısının yürütdüyü uzaqgörən siyasət, bir çox platformalarda əldə etdiyi qələbələr, imza atdığı beynəlxalq layihələr, təklif etdiyi regional layihələr ilə Cənubi Qafqazın gələcəyini müəyyənləşdirir Azərbaycan Ermənistana təkcə təhlükəsizlik təminatı deyil, həm də iqtisadi blokadadan çıxış modeli təklif etdi ki, bu da erməni seçicisinin qərarına birbaşa təsir göstərdi Burada əsas diqqət ediləcək məqam odur ki, Paşinyanın seçki kampaniyasında istifadə etdiyi sülh gündəliyi sadəcə bəyanat deyildi. Bu gündəliyin arxasında real addımlar, təcrübə və bunu dərindən hiss etdirən amillər vardı Məsələn, 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda imzalanan bəyannamədən sonra iki ölkənin şərti dövlət sərhədində sülh və əmin-amanlığın təmin edilməsi, silahların birdəfəlik susması erməni cəmiyyətində xof yaradan və yuxusuna haram qatan daimi müharibə qorxusunu neytrallaşdırdı Ardınca isə rəsmi Bakının təşəbbüsü ilə regiondakı nəqliyyat məhdudiyyətləri aradan qaldırıldı, Ermənistana nəfəslik açıldı. Azərbaycan təkcə tranzit rolunu oynamadı, eyni zamanda özü bu ölkəyə neft məhsulları da tədarük etməyə başladı. Elə ilk satışdan erməni seçici ölkədə benzin və dizelin qiymətindəki ucuzlaşmanı hiss etdi Azərbaycan Prezidentinin regional sabitlik doktrinası çərçivəsində yaxın gələcəkdə, yəni sülh müqaviləsinin imzalanmasından sonra birbaşa ticarət münasibətlərinin qurulması ehtimalı və Ermənistanın xroniki enerji asılığından qurtulması kimi strateji addımların atılmasına işarə edildi. Bu paralel olaraq, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı səfərlər və görüşlərin keçirilməsi kimi humanitar addımlar da Ermənistandakı revanşist və kilsə təbliğatına ciddi zərbə vuraraq, seçicilərdə həlledici oldu Ermənistan qanunlarına əsasən, qalib gələn qüvvə parlamentdəki yerlərin ən azı 52 faizini əldə etməlidir. Əgər bir partiya səs çoxluğu qazanarsa, lakin mandat bölgüsündə bu 52 %-lik baryerə çata bilməzsə, ona qanunvericilik tərəfindən avtomatik olaraq əlavə (bonus) mandatlar verilir. Seçkidə iştirak edən, lakin 4 %-lik (partiyalar üçün) və 8 %-lik (bloklar üçün) minimal səs həddini keçə bilməyən çoxsaylı kiçik partiyaların səsləri qanuna (D'Hondt metoduna) əsasən ləğv edilir və onların faizləri parlamentə daxil olan əsas 3 qüvvə arasında mütənasib şəkildə bölünür Məhz bu iki amilə görə, Paşinyanın partiyası real səsvermədə 49,82% toplasa da, yekun mandat bölgüsündə parlamentdəki minimum 101 əsas yerdən 64 mandat (təxminən 63,3%) əldə edir. Bu isə o deməkdir ki, "Vətəndaş müqaviləsi" hökuməti təkbaşına qura biləcək Burada isə əsas məsələ ondan ibarətdir ki, Paşinyanın qalib gəlməsi Azərbaycanın haqlı gözləntilərinin təmin edilməsi və sülhün qarşısında heç bir əngəlin qalmadığı deməkdir. Artıq Nikol Paşinyan da bu gözləntilərin təmin ediləcəyinə işarə edib və 2028-ci ildə Azərbaycana rəsmi səfər edəcəyinə ümid etdiyini bildirib Nikolun 2028-ci ildə Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə toplantısına istinad edərək Azərbaycana rəsmi səfər etmək arzusunu dilə gətirməsi, əslində İrəvanın yaxın gələcəkdə Bakı ilə münasibətləri tam tənzimləmək məcburiyyətini anladığının ən bariz rəsmi etirafıdır. Bu isə o deməkdir ki, yaxın bir il ərzində Azərbaycanın gözləntiləri reallaşa bilər və iki ölkə arasında sülh müqaviləsi imzalana bilər Ehtimal etmək olar ki, 2026-cı ilin sonunadək Ermənistan konstitusiyasında köklü islahatlar həyata keçiriləcək. Sülh prosesinin tam hüquqi status qazanması üçün atılacaq ilk institusional addım Ermənistan Konstitusiyasında fundamental dəyişikliklərin edilməsidir ki, Paşinyan da ilk növbədə bunu təmin etməli olacaq. Çünki rəsmi Bakı dəfələrlə açıq şəkildə bildirib ki, Konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadın ləğvi, yəni Azərbaycana qarşı əsassız ərazi iddialarının ləğvi qırmızı xətdir İkinci bir məsələ Qarabağ kartının əbədi olaraq tarixin bir küncünə atılması, yəni Ermənistanda fəaliyyət göstərən qondarma Qarabağ institutunun bütün qalıqlarının hüquqi olaraq ləğv edilməsidir. Əgər biz bu gün regional sabitlikdən danışırıqsa, keçmiş separatçı rejimin Ermənistanda fəaliyyət göstərən bütün tör-töküntüləri tamamilə rəsmi olaraq ləğv edilməlidir Azərbaycan haqlı olaraq tələb edir ki, Qarabağdan biabırçı şəkildə qaçan separatçıların tör-töküntülərinin fəaliyyəti dərhal dayandırılmalıdır. Onların binaları əllərindən alınmalı, mühacir hökuməti ifadəsini istifadə edənlər qanun qarşısında cavab verməlidir. Çünki bu fikrin səslənməsi belə, iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb ola bilər Eyni zamanda əgər Ermənistan bu addımı atmasa, bu o deməkdir ki, erməni hökuməti hansısa bir dövrdə Qarabağ kartından istifadə edə bilər. Buna isə rəsmi Bakı heç bir halda icazə verə bilməz. Buna görə də separatçı rejimin tör-töküntüləri dərhal ləğv edilməklə yanaşı, Ermənistan hökuməti Rusiya, Fransa, ABŞ və bir sıra Qərb ölkələrində fəaliyyətini davam etdirən qondarma Qarabağ "nümayəndəlikləri" və "təsisatları"nın rəsmi və hüquqi statuslarının ləğv olunmasını diplomatik kanallarla təmin etməyə borcludur. Ona görə borcludur ki, beynəlxalq hüquq və suverenliyin qarşılıqlı tanınması prinsipi bunu tələb edir. Bu addımın atılması isə sübut edəcək ki, Ermənistan sözdə və kağız üzərində yox, əsl sülhdə maraqlıdır Seçkilərdən sonra Azərbaycanla Ermənistan arasında atılacaq mühüm addımlardan biri də sərhədlərin delimitasiya prosesinin sürətlənməsidir. Artıq parlamentdə səs çoxluğu əldə edən Paşinyan radikal müxalifətin təzyiqlərindən yayınaraq daha praktik addımlar atmalıdır. Çünki sərhədlərin müəyyənləşdirilməsi əslində bu sahədə gərginliyi tamamilə bitirəcək real təhlükəsizlik mexanizmidir. Ehtimal etmək olar ki, sərhədlərin delimitasiya prosesi yaxın aylarda ciddi şəkildə sürətlənəcək və iki ölkənin məsul komissiyaları görüşləri intensivləşdirərək real və mühüm irəliləyişlər əldə edəcək Bundan əlavə, son seçki kampaniyası dövründə Nikol Paşinyanla revanşistlərin "lideri" Robert Köçəryanla söz dueli və söz savaşını nəzərə alsaq, ehtimal edə bilərik ki, yaxın vaxtlarda ikinci ilə bağlı ciddi hüquqi prosedura start veriləcək. Bu seçkilərdə daha da güclənən Paşinyan Köçəryanı uzunmüddətli həbsə göndərmək üçün "düyməyə" basa bilər Yekun olaraq, qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsi ölkənin bir dövlət kimi mövcudluğunu müəyyən etdi. Erməni cəmiyyəti sandıq başında məhz Azərbaycanın təklif etdiyi sülh gündəliyinə səs verməklə, revanşizm ritorikasından yorulduğunu, bu ideologiyanın artıq iflasa uğradığını sübut etdi. Erməni cəmiyyəti üzərinə düşəni etdi. Artıq top Nikol Paşinyan və onun komandasındadır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


