Tenqri
Ana Səhifə
Texnologiya

Samsung müxtəlif ölkələr üçün Galaxy Z Flip8-in iki versiyasını buraxacaq

Samsung, satış bölgəsindən asılı olaraq fərqli prosessorlu iki versiyada qatlanan Galaxy Z Flip8 smartfonunu buraxa bilər. Day.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyalı insayder məlumat yayıb Mənbənin sözlərinə görə, yeni məhsul həm xüsusi Exynos 2600 çipi, həm də Qualcom

0 baxışday.az
Samsung müxtəlif ölkələr üçün Galaxy Z Flip8-in iki versiyasını buraxacaq
Paylaş:

Samsung, satış bölgəsindən asılı olaraq fərqli prosessorlu iki versiyada qatlanan Galaxy Z Flip8 smartfonunu buraxa bilər. Day.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyalı insayder məlumat yayıb Mənbənin sözlərinə görə, yeni məhsul həm xüsusi Exynos 2600 çipi, həm də Qualcomm prosessoru, ehtimal ki, Snapdragon 8 Elite Gen 5 alacaq. Qurğunun hansı versiyasının müştərilərə təqdim ediləcəyi ölkədən asılı olacaq. Snapdragon əsaslı versiyanın həmişə olduğu kimi Şimali Amerika bazarına çıxacağı gözlənilir İnsayder iddia edir ki, iki müxtəlif çipsetdən istifadə etmək qərarı Exynos 2600-ün baha olması ilə bağlıdır.Onun sözlərinə görə, Qualcomm vəziyyətdən istifadə edərək Samsung-a öz prosessorlarının tədarükü üçün daha sərfəli şərtlər təklif edib Əvvəllər Samsung eyni seriyalı smartfonları ayrı-ayrı bölgələr üçün müxtəlif platformalarda buraxaraq oxşar strategiya tətbiq edib. Bundan əlavə, şayiələrə görə, Galaxy Z Flip8 sələfindən daha incə və yüngül olacaq, lakin cihazın kameralarında heç bir dəyişiklik gözlənilmir Samsung Z Flip8-in iyul ayında Londonda keçiriləcək Galaxy Unpacked tədbirində digər yeni qatlana bilən smartfonlarına qoşulacağı gözlənilir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler