Denver hava limanında uçuş-enmə zolağında təyyarə bir adamı öldürdü
Frontier Hava Yollarına məxsus təyyarə Denver Beynəlxalq Hava Limanında (ABŞ) uçuş-enmə zolağında bir nəfəri vurub, nəticədə qurban ölüb, göyərtəsində olan 12 nəfər yaralanıb Bu barədə “The Wall Street Journal” (WSJ) hava limanı nümayəndələrinin bəyanatına istinadən yazır Bildirilir ki, yerli va

Frontier Hava Yollarına məxsus təyyarə Denver Beynəlxalq Hava Limanında (ABŞ) uçuş-enmə zolağında bir nəfəri vurub, nəticədə qurban ölüb, göyərtəsində olan 12 nəfər yaralanıb Bu barədə “The Wall Street Journal” (WSJ) hava limanı nümayəndələrinin bəyanatına istinadən yazır Bildirilir ki, yerli vaxtla gecə yarısı adam hasardan tullanıb və uçuş-enmə zolağından keçmək istəyərkən, demək olar ki, dərhal onu təyyarə vurub O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Qurbanın hava limanının işçisi olmadığı ehtimal edilir; onun şəxsiyyəti hələ müəyyən edilməyib. ABŞ-ın nəqliyyat naziri Şon Daffinin sözlərinə görə, pilot dərhal təyyarəni dayandırıb və mühərrikin yanması barədə hava dispetçerlərinə məlumat verib Təyyarədə 231 sərnişin olub. Onları uçuş-enmə zolağına çıxararaq təxliyə etmək qərara alınıb. Hadisə nəticəsində 12 nəfər yüngül xəsarət alıb, onlardan 5-i xəstəxanaya yerləşdirilib


