Samir Şərifov Qarabağ və Şərqi Zəngəzurun bərpasında Belarusun iştirakını qeyd edib
Müntəzəm ali səviyyəli görüşlər və fəal siyasi dialoq Azərbaycan ilə Belarus arasında hərtərəfli əməkdaşlığın inkişafının yüksək dinamikasını təmin edir "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarusun Müstəqillik Günü münasibətilə keçirilən qəbul

Müntəzəm ali səviyyəli görüşlər və fəal siyasi dialoq Azərbaycan ilə Belarus arasında hərtərəfli əməkdaşlığın inkişafının yüksək dinamikasını təmin edir "Report" xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarusun Müstəqillik Günü münasibətilə keçirilən qəbulda bildirib Onun sözlərinə görə, 1993-cü ildə diplomatik münasibətlər qurulduğu vaxtdan iki ölkə arasında əlaqələr ardıcıl olaraq inkişaf edib. O qeyd edib ki, diplomatik əlaqələr illəri ərzində Bakı və Minsk ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsinə yüksəldiblər "Son illərdə bu uğurların əldə olunmasında həlledici rolu Azərbaycan və Belarus prezidentləri İlham Əliyev ilə Aleksandr Lukaşenkonun qarşılıqlı inamı və güclü siyasi iradəsi oynayıb", - S. Şərifov deyib O vurğulayıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin strateji xarakterinin növbəti təsdiqi olub. Baş nazirin müavini bildirib ki, səfərin yekunlarına əsasən tərəfdaşlığın daha da möhkəmləndirilməsi üzrə mühüm qərarlar qəbul edilib, həmçinin qarşılıqlı fəaliyyətin yeni perspektivli istiqamətləri müəyyənləşdirilib S. Şərifov, həmçinin Belarusun dövlət qurumlarının və şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirakını qeyd edib. "Bu gün bu iş artıq başlayıb", - o bildirib Baş nazir müavininin sözlərinə görə, Ağdam Sənaye Parkında lift və eskalatorların istehsalı üzrə birgə Belarus-Azərbaycan müəssisəsi yaradılır, müştərək istehsal olan liftlər isə artıq Ağdamda yeni binalarda quraşdırılır. Bundan əlavə, Ağdam rayonunun Qızılkənd kəndində müasir tikinti kompleksinin yaradılması üzrə birgə işlərə başlanılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


