Samir Şərifov: "Azərbaycanla Belarus arasında sıx dostluq münasibətləri mövcuddur"
Azərbaycan ilə Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq uğurla inkişaf edir, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlər isə yeni məzmun qazanır Modern.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarusun Müstəqillik Günü münasib

Azərbaycan ilə Belarus arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq uğurla inkişaf edir, iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlər isə yeni məzmun qazanır Modern.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Bakıda Belarusun Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib Onun sözlərinə görə, Azərbaycanla Belarus arasında ənənəvi olaraq sıx dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Samir Şərifov bildirib ki, 1993-cü ildə diplomatik münasibətlərin qurulmasından ötən dövr ərzində ikitərəfli əlaqələr ardıcıl şəkildə inkişaf edərək qarşılıqlı faydalı tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb: “Əldə olunan nailiyyətlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşılıqlı etimada əsaslanan münasibətləri, birgə səyləri və güclü siyasi iradəsi həlledici rol oynayıb. Dövlət başçılarının ali səviyyədə keçirdikləri müntəzəm görüşlər və fəal fikir mübadiləsi iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə dinamik inkişafını təmin edir”


