Samandırada qırmızı həyəcan! Fənərbaxçalı azarkeşlər obyektlərə axın etdi
"Fənərbaxça"nın səfərdə "Qalatasaray"a 3:0 hesabı ilə uduzduğu derbidən sonra sarı-göylü camaatda isti saatlar yaşanır. Qarşılaşma bitdikdən sonra çox sayda azarkeş reaksiyalarını bildirmək üçün Samandıra Can Bartu Təsislərinə axın etdi Derbi məğlubiyyətini qəbul etməyən azarkeşlərin hədəfində iki

"Fənərbaxça"nın səfərdə "Qalatasaray"a 3:0 hesabı ilə uduzduğu derbidən sonra sarı-göylü camaatda isti saatlar yaşanır. Qarşılaşma bitdikdən sonra çox sayda azarkeş reaksiyalarını bildirmək üçün Samandıra Can Bartu Təsislərinə axın etdi Derbi məğlubiyyətini qəbul etməyən azarkeşlərin hədəfində iki ad olub. Prezident Sadettin Saranı və məşqçi Domeniko Tedeskonu istefaya çağıran izdihamlı qrup, “Rəhbərlik istefası” və “Tedesko istefası” kimi şüarlar səsləndirərək reaksiyalarını bildiriblər İstanbul Polis İdarəsi də hadisələrin qızışması ehtimalına qarşı hazır vəziyyətdə olub. Polis qüvvələri obyektin ətrafına divar hörüb və çevik qüvvət qrupları ilə birlikdə geniş təhlükəsizlik tədbirləri görüb. Obyektin girişinə gedən yollar şlaqbaumlarla bağlansa da, azarkeşlərin əsas giriş qapısına yaxınlaşmasına icazə verilməyib
.webp&w=2048&q=70)

