Tenqri
Ana Səhifə
Dünya

Salyan və Qəbələdə torpaq sahələri birləşdiriləcək

Azərbaycanda torpaq sahələrinin birləşdirilməsi ilə bağlı pilot layihəyə start veriləcək. Layihə çərçivəsində Salyan və Qəbələ rayonlarında torpaqların konsolidasiyası həyata keçiriləcək, eyni zamanda yeni suvarma şəbəkələri qurulacaq. Modern.az xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin dire

0 baxışmodern.az
Salyan və Qəbələdə torpaq sahələri birləşdiriləcək
Paylaş:

Azərbaycanda torpaq sahələrinin birləşdirilməsi ilə bağlı pilot layihəyə start veriləcək. Layihə çərçivəsində Salyan və Qəbələ rayonlarında torpaqların konsolidasiyası həyata keçiriləcək, eyni zamanda yeni suvarma şəbəkələri qurulacaq. Modern.az xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Mill Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri mövzusunda bu gün keçirilən ictimai dinləmə zamanı deyib. Mərkəzin direktoru bildirib ki, Dövlət Proqramı çərçivəsində torpaq və su resurslarından daha səmərəli istifadə məqsədilə pilot konsolidasiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Hədəfə əsasən, 2030-cu ilədək 20 min hektar ərazidə torpaqların konsolidasiyası və suvarma şəbəkəsinin yenilənməsi planlaşdırılır. Layihə çərçivəsində ilk mərhələdə Salyan və Qəbələ rayonlarında, ümumilikdə 32 kəndi əhatə edən pilot proqram icra olunacaq. R. hüseynov qeyd edib ki, proqram çərçivəsində müvafiq qanunvericilik bazası formalaşdırılacaq, parçalanmış torpaq sahələri birləşdiriləcək və kadastr xəritələri yenilənəcək. Bununla yanaşı, 20 min hektar ərazidə təsərrüfatdaxili suvarma şəbəkələrinin qurulması nəzərdə tutulur

Kaynak: modern.az

Diğer Haberler