Sahil Babayev: Dövlət büdcəsində 580 milyon manat profisit yaranıb
2025-ci ildə Azərbaycanın dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qa

2025-ci ildə Azərbaycanın dövlət büdcəsi 580 milyon manat profisitlə icra olunub Modern.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib Nazir bildirib ki, dövlət büdcəsinin icrası nəticəsində ötən il 580 milyon manat həcmində profisit formalaşıb Sahil Babayev qeyd edib ki, büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş mənbələr üzrə ümumilikdə 594,2 milyon manat vəsait cəlb olunub Onun sözlərinə görə, bu məbləğin 135,3 milyon manatı özəlləşdirmədən əldə olunan gəlirlər hesabına təmin edilib Bundan əlavə, daxili və xarici borclanma mənbələri üzrə 181,6 milyon manat vəsait cəlb olunub Nazir əlavə edib ki, maliyyələşdirmə mənbələrinin tərkibində 277,3 milyon manat xəzinə hesabının qalığı da yer alıb


