Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib
Ötən il beynəlxalq və regional təşkilatlar, maliyyə institutları ilə əməkdaşlıq, xaricdəki diplomatik nümayəndəlik və konsulluqların fəaliyyəti, beynəlxalq və ölkə səviyyəli tədbirlər və xarici yardımlar üçün 655 milyon manat sərf edilib AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev par

Ötən il beynəlxalq və regional təşkilatlar, maliyyə institutları ilə əməkdaşlıq, xaricdəki diplomatik nümayəndəlik və konsulluqların fəaliyyəti, beynəlxalq və ölkə səviyyəli tədbirlər və xarici yardımlar üçün 655 milyon manat sərf edilib AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin iyunun 12-də keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib “Hesabat ilində dövlət adından yaradılan və dövlət sifarişi əsasında görülən işlərin, xidmətlərin maliyyə təminatı üçün dövlət büdcəsindən 44 publik hüquqi şəxsə 968 milyon manat məbləğində vəsait ayrılıb. 2025-ci ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün 7,6 milyard manat və ya büdcə xərclərinin 19,6 faizi həcmində vəsait ayrılıb. Həmin mənbədən investisiya layihələrinin həyata keçirilməsi üçün 2,3 milyard manat vəsaitin yönəldilməsi təmin olunub”, - deyə S.Babayev qeyd edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
