Tenqri
Ana Səhifə
Dünya

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin Parlament Sədrlərinin 1-ci Sammiti çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə

0 baxışazertag.az
Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb
Paylaş:

Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin Parlament Sədrlərinin 1-ci Sammiti çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Parlament Assambleyasının parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm platforma olduğunu və 1-ci Sammitin dost ölkə Monteneqroda uğurla təşkil edildiyini bildirib Tərəflər Azərbaycan–Monteneqro münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun və parlamentlərarası təmasların mühüm rolunu qeyd edərək, əməkdaşlığın həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər Görüş zamanı Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh prosesi barədə də qarşı tərəfi məlumatlandırıb. Öz növbəsində, Monteneqro tərəfi regionda sülhün bərqərar olunmasını hər iki ölkə üçün siyasi qələbə kimi qiymətləndirdiklərini və bu prosesi dəstəklədiklərini bildirib Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb | Tenqri