Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Berlian Helminlə görüşüb Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, siyasi, iqtisa

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Berlian Helminlə görüşüb Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq, siyasi, iqtisadi, investisiya və digər sahələrdə əməkdaşlığı daha da möhkəmləndirmək üçün imkanların olduğu vurğulanıb Söhbət zamanı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstəyin mövcud olduğu qeyd edilib. S.Qafarova İndoneziyanın Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirak etdiyini bildirib Görüşdə parlamentlərimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb. Bu kontekstdə hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin, həmçinin deputatların qarşılıqlı səfərlərinin və sıx təmaslarının münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi bildirilib Səfir Berlian Helmi də ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində parlamentlərin rolunu qeyd edərək, fəaliyyəti dövründə digər sahələrdə olduğu kimi, qanunverici orqanlar arasında da əməkdaşlığın inkişafına töhfə verməyə çalışacağını söyləyib Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


