Tenqri
Ana Səhifə
Siyasət

Səadət Yusifova: Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin əhatə dairəsi genişləndiriləcək

Azərbaycanda Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin əhatə dairəsi genişləndiriləcək "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və D

0 baxışreport.az
Səadət Yusifova: Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin əhatə dairəsi genişləndiriləcək
Paylaş:

Azərbaycanda Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin əhatə dairəsi genişləndiriləcək "Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı panel müzakirəsində deyib Onun sözlərinə görə, Azərbaycan mədəniyyəti və yaradıcılığı dayanıqlı inkişafın mühüm hərəkətverici qüvvəsi kimi qiymətləndirir: "Bu istiqamətdə son dövrlərdə mühüm qanunvericilik və strateji addımlar atılıb. "Azərbaycan Mədəniyyəti-2040" Mədəniyyət Konsepsiyası mədəni və yaradıcı sənayeləri əsas prioritetlərdən biri kimi müəyyən edib. Eyni zamanda, "Mədəniyyət haqqında" qanuna edilən dəyişikliklərlə isə yaradıcı sənayelərin hüquqi bazası gücləndirilib. Həmçinin mədəni və yaradıcı sənayelər üzrə milli təsnifat sistemi kimi yeni təşviq alətləri tətbiq olunub" Nazir müavini bildirib ki, Azərbaycan təhsil, insan kapitalı və yaradıcı infrastrukturun inkişafına xüsusi önəm verir "Oyun və mədəniyyət texnologiyaları üzrə inkubasiya proqramları, müxtəlif yaradıcı sahələrdə sertifikat və təqaüd proqramları, həmçinin QHT-lərə qrant dəstəyi yeni nəsil yaradıcı peşəkarların formalaşmasına töhfə verir. Eyni zamanda, Bakıda fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi yaradıcı şəxslər üçün peşəkar imkanlar təqdim edir və bu modelin regionlarda da genişləndirilməsi nəzərdə tutulur" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler