Sadır Japarov və İrakli Kobaxidze birbaşa aviareyslərın açılmasını müzakirə ediblər
Qırğızıstan Prezidenti Sadır Japarov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bişkekdə keçirilən görüş zamanı iki ölkə arasında birbaşa aviareyslərin açılması perspektivlərini müzakirə ediblər "Report"un Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş Kobaxidzenin

Qırğızıstan Prezidenti Sadır Japarov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bişkekdə keçirilən görüş zamanı iki ölkə arasında birbaşa aviareyslərin açılması perspektivlərini müzakirə ediblər "Report"un Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş Kobaxidzenin Qırğızıstana rəsmi səfəri çərçivəsində baş tutub Danışıqlar zamanı nəqliyyat bağlantısı və tranzit potensialının inkişafı məsələlərinə xüsusi diqqət yetirilib. Qırğızıstan Prezidenti Gürcüstanın coğrafi mövqeyi və Qara dənizdəki liman infrastrukturu sayəsində Asiya ilə Avropa arasında nəqliyyat qovşağı kimi mühüm rolunu qeyd edib Qırğızıstan Prezidenti həmçinin 2024-cü ilin iyununda Çin - Qırğızıstan - Özbəkistan dəmir yolunun tikintisinə dair üçtərəfli sazişin imzalandığını xatırladıb. Onun sözlərinə görə, bu layihə Avrasiya nəqliyyat dəhlizlərinin əsas infrastruktur elementlərindən biri olacaq və Qırğızıstan ərazisindən Gürcüstanın dəniz limanlarına yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək Danışıqların yekunları üzrə Japarov və Kobaxidze iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər. Kobaxidze Japarovu Gürcüstana rəsmi səfərə dəvət edib və Qırğızıstan Prezidenti dəvəti qəbul edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


