Sadıq Sadıqov: İnanıram ki, “Neftçi” yaxşı nəticələrlə öz əzəmətini qaytaracaq
Son turlarda “Neftçi”nin oyununda müsbət dəyişikliklər hiss olunur Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi” İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov deyib “Neftçi” futbol klubunun keçmiş prezidenti Azərbaycan Premyer Liqasında 50 xalla dördüncü pillədə qərarlaşan “ağ-qaralar”ın

Son turlarda “Neftçi”nin oyununda müsbət dəyişikliklər hiss olunur Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi” İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov deyib “Neftçi” futbol klubunun keçmiş prezidenti Azərbaycan Premyer Liqasında 50 xalla dördüncü pillədə qərarlaşan “ağ-qaralar”ın mövsümü uğurla başa vuracağına inandığını bildirib: “Bu komanda mənim üçün çox doğmadır. “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Bu, tarix, ənənə və illərlə qazanılmış nəticələrlə təsdiqlənib. Son qarşılaşmalarda komanda əvvəlki matçlarla müqayisədə daha yaxşı təsir bağışlayır. Futbolçular meydanda daha istəkli və inamlı oyun göstərirlər. Düşünürəm ki, “ağ-qaralar” mövsümün sonuna qədər uğurlu çıxışını davam etdirəcək” O, Bakı təmsilçisinin avrokuboklara vəsiqə qazanmaq şansını yüksək qiymətləndirib: “Azarkeşlər bu komandadan hər zaman böyük uğurlar gözləyiblər. İnanıram ki, “Neftçi” yaxşı nəticələrlə öz əzəmətini və əvvəlki gücünü yenidən qaytaracaq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


