Sabirabadda həyat yoldaşını döyən ər azadlıqdan məhrum edildi
Sabirabad rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib Publika.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib 1982-ci il təvəllüdlü kənd sakini Emin yaşadıqları evin yaxınlığında su kanalının kənarında həyat yoldaşı Süsənlə (adlar şərti verilib – red.) mübahisə edib M

Sabirabad rayonunda 44 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib Publika.az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib 1982-ci il təvəllüdlü kənd sakini Emin yaşadıqları evin yaxınlığında su kanalının kənarında həyat yoldaşı Süsənlə (adlar şərti verilib – red.) mübahisə edib Mübahisə zamanı o, arvadını itələyərək yerə yıxıb, qadın müxtəlif dərəcəli xəsarətlər alıb Eminin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib İş üzrə ifadə verən Emin ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sabirabad rayonunun kəndində Süsənlə qeyri-rəsmi münasibətdə yaşayır: “Hadisə günü saat 11 radələrində Süsənin evində aramızda mübahisə yarandı. Ona əhəmiyyət vermədim və evdən çölə çıxdım. Bir neçə dəqiqədən sonra həyətyanı sahədən evə qayıtdım. Evə gec gəldiyim üçün Süsən iradını bildirdi və məni təhqir etdi. Əsəblərimi cilovlaya bilmədim, onun başına yumruq, üz nahiyəsinə isə şillə vurdum” Təqsirləndirilən şəxs deyib ki, daha sonra Süsən sakitləşmək üçün çölə çıxmaq istəyib: “Yenidən məni təhqir etdi. Baş nahiyəsinə bir şillə vurdum. Məndən uzaqlaşaraq çölə çıxıb, yaxınlıqdan keçən su kanalının yanında getdi. Mən yaxınlaşaraq ona evə getməyi, yemək yeməyi və baş verənləri unutmağı təklif etdim. Mənimlə gəlmədiyi üçün kürəyindən itələdim. O, yerə yıxılanda sol qolu altında qaldı. Bundan sonra Süsənin onu yaşadığımız evə gətirdim. Sonra xəstəxanaya apardım” Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Emin 1 il müddətə azadlıqdan məhrum etmə edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video "Aqroservis"in əməkdaşı həbs edildi İki hərbçimiz Kəlbəcərdə dərəyə düşdü, biri həlak olub - FOTO(Yenilənib) Cəlilabadda 18 kiloqram narkotik aşkarlandı İtkin düşən yeddi nəfər tapıldı Bakıda mağaza belə yandı - Video “Həmin gün kasıbçılıqdan çıxdıq” Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO Yayda Gədəbəyə dolu düşdü - VİDEO Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var "Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov


