Səbinə Əliyeva cəmiyyəti abituriyentlərə dəstək olmağa çağırıb - video
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan cəmiyyətini müraciət edənlərə anlayış və dəstək göstərməyə çağırıb haqqin.az xəbər verir ki, Ombudsman imtahan dövrünün gənclər üçün mühüm mərhələ olduğunu bildirib, hər bir insanın həyatının və sağlamlı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan cəmiyyətini müraciət edənlərə anlayış və dəstək göstərməyə çağırıb haqqin.az xəbər verir ki, Ombudsman imtahan dövrünün gənclər üçün mühüm mərhələ olduğunu bildirib, hər bir insanın həyatının və sağlamlığının ən yüksək dəyər hesab edildiyini vurğulayıb. Qeyd olunub ki, imtahanlar həyatın mühüm mərhələlərindən biri olsa da, fərdin gələcəyini və potensialını müəyyən edən yeganə meyar deyil. Müasir dünyada uğura aparan müxtəlif yolların olduğu və hər bir gəncin qarşısında müxtəlif imkanların açıldığı qeyd edilib Səbinə Əliyeva imtahan prosesi ilə bağlı həyəcan və təşviş hisslərinin təbii olduğunu qeyd edərək, gənclərə emosional vəziyyətlərinə fikir verməyi, lazım gələrsə, fikirlərini ailəsi, müəllimləri və ya mütəxəssisləri ilə bölüşməyi tövsiyə edib. O bildirib ki, hər bir nəticə yeni imkanlar açan və gələcək inkişafa töhfə verən təcrübədir Müraciətdə valideynlərə müraciət də yer alıb və burada Ombudsman imtahan ərəfəsində və imtahandan sonra abituriyentlər arasında riskli davranışların müşahidə edildiyini vurğulayır. Qeyd olunub ki, bu həssas dövrdə gənclərə dəstək olmaq, onları anlayışla dinləmək və motivasiya vermək vacibdir. Həmçinin bildirilib ki, imtahan nəticələri gənclərin şəxsiyyət dəyərinin göstəricisi kimi qəbul edilməməlidir Ombudsman əlavə edib ki, sağlam və dəstəkləyici ailə mühiti gənclərin psixoloji durumuna müsbət təsir göstərir. O, həmçinin aidiyyəti dövlət qurumları, təhsil müəssisələri və media nümayəndələrinin xüsusi həssaslığının vacibliyini qeyd edib pic.twitter.com/qPPFJYnRhK


