Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
İyunun 9-da gözlənilən hava proqnozu açıqlanıb Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın

İyunun 9-da gözlənilən hava proqnozu açıqlanıb Milli Hidrometeorologiya Xidmətindən 525.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə arabir zəif duman olacaq Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi şərq rayonlarında yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək Havanın temperaturu gecə 16-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-28° isti olacaq
Diğer Haberler

Yüksək hərarət, başgicəllənmə və huşunu itirmə... Mütəxəssislərdən bir-birinin ardınca yaranan isti və xəbərdarlıqlar gəldi

Cümhuriyyət yazarı Terkoğlu: İstanbul Böyükşəhər Bələdiyyəsinin iddianaməsində etibarsızlığın məhkəmə qərarından 6 ay əvvəl baş verdiyi etiraf edilir! | T24
