Tenqri
Ana Səhifə
Dünya

Sabah 30 dərəcə isti olacaq

Mayın 11-də gözlənilən hava proqnozu açıqlanıb Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim

0 baxışapa.az
Sabah 30 dərəcə isti olacaq
Paylaş:

Mayın 11-də gözlənilən hava proqnozu açıqlanıb Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacaq Mayın 11-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti olacaq

Kaynak: apa.az

Diğer Haberler