Birbank-ın yeni funksiyası ictimai nəqliyyat xərclərinizi izləməyi asanlaşdırır
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərin gündəlik maliyyə əməliyyatlarını daha da rahat və şəffaf edən daha bir yenilik təqdim edir. Yeni funksiya sayəsində istifadəçilər NFC texnologiyasından istifadə edərək ictimai nəqliyyatda təmassız səyahət üçün ödəniş edərkən xərcləri daha ətraflı izləy

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərin gündəlik maliyyə əməliyyatlarını daha da rahat və şəffaf edən daha bir yenilik təqdim edir. Yeni funksiya sayəsində istifadəçilər NFC texnologiyasından istifadə edərək ictimai nəqliyyatda təmassız səyahət üçün ödəniş edərkən xərcləri daha ətraflı izləyə bilərlər Artıq Birbank mobil tətbiqinin “Tarix” bölməsində istifadəçilər səfərin edildiyi marşrut nömrəsini, metrostansiyanın adını, eləcə də səfərin tarixini görə bilərlər. Bu, xüsusilə gözlənilən əməliyyatlar zamanı debet edilmiş məbləğin hansı səfərə aid olduğunu asanlıqla müəyyən etməyə və elektron qəbz vasitəsilə tam aydınlıq əldə etməyə imkan verir Funksiya bütün Birbank istifadəçiləri üçün əlçatandır və NFC aktivləşdirilən bank kartları ilə edilən ödənişlərə şamil edilir Qeyd edək ki, “Birbank”ın ötən il həyata keçirdiyi texnoloji dəstəyi sayəsində paytaxtın bütün marşrut xətlərində, o cümlədən operator “Baku Bus” MMC-nin nəqliyyatında, eləcə də “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş tətbiq edilib. Bu həll “K Group” MMC (Bakıkart) ilə əməkdaşlıqda həyata keçirilib və şəhər nəqliyyatı üçün vahid açıq ödəniş infrastrukturunu formalaşdırmaqla bütün yerli bankların kartlarını əhatə edir Həmçinin bildiririk ki, gediş haqqının ödənilməsinə texniki dəstək, o cümlədən NFC və QR texnologiyalarından istifadə edilən əməliyyatlar Bakı Metropoliteni QSC və BakıKart sistemi tərəfindən idarə olunur. Bank, öz növbəsində, yalnız ötürülən əməliyyat məlumatları əsasında müştərinin hesabından vəsait çıxarır. Bununla bağlı hər hansı sual yaranarsa, müştərilər daha ətraflı məlumat üçün BakıKart dəstək xidmətinə müraciət edə bilərlər Kapital Bank-ın brendi olan və daima ən son rəqəmsal həllər və bank məhsullarını təklif edən Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, eləcə də Azərbaycanın ən böyük 114 filial və 53 filial şəbəkəsi vasitəsilə müştərilərinə xidmət göstərir. Birbank məhsul və xidmətləri haqqında ətraflı məlumat almaq üçün birbank.az saytına daxil ola, 196 yardım mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərsiniz


