Rza Pəhləviyə hücum! O, qaçdı
ABŞ və İsrailin İrana hücumlarına verdiyi dəstəklə reaksiyaların mərkəzində olan İranın devrilmiş şahının oğlu Rza Pəhləvi Almaniyanın paytaxtı Berlində nümayişçilərin hədəfi olub Berlində Reyxstaq ətrafında proqrama qatılan Pəhləvi çıxışda etirazçılarla qarşılaşıb. Təhlükəsizlik tədbirlərinə baxm

ABŞ və İsrailin İrana hücumlarına verdiyi dəstəklə reaksiyaların mərkəzində olan İranın devrilmiş şahının oğlu Rza Pəhləvi Almaniyanın paytaxtı Berlində nümayişçilərin hədəfi olub Berlində Reyxstaq ətrafında proqrama qatılan Pəhləvi çıxışda etirazçılarla qarşılaşıb. Təhlükəsizlik tədbirlərinə baxmayaraq, izdiham arasından yaxınlaşan şəxs Pəhləviyə pomidor sousu atıb. Həmin anlar kameralara düşüb Hücumdan sonra Pəhləvinin kostyumunun böyük hissəsi pomidor sousu ilə örtülmüş və mühafizəçilərin qısa müddət ərzində panik içində olduğu görülüb. Etirazçı hadisə yerində saxlanılarkən təhlükəsizlik qrupları sürətlə Pəhləvini çıxararaq zirehli maşına mindiriblər Bu hadisənin Pəhləvinin son vaxtlar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına verdiyi dəstək nəticəsində yaranan reaksiyaların əksi olduğu düşünülür. Bu münasibətlə bağlı tənqidlər Avropadakı İran diasporu arasında da diqqət çəkib


