Tenqri
Ana Səhifə
Dünya

Rusiyadan Kiyevə gecə dəhşəti: 5 ölü, 64 yaralı - QHA - Krım Xəbər Agentliyi

Rusiya ordusu iyunun 1-dən 2-nə keçən gecə Ukrayna ərazisində raketlər və silahlı pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə kütləvi birləşmiş hava hücumu həyata keçirib.Hücumun əsas hədəfi olan paytaxt Kiyevdə çoxmərtəbəli binalar, poliklinika və mülki infrastruktur ciddi şəkildə vurulub

0 baxışqha.com.tr
Rusiyadan Kiyevə gecə dəhşəti: 5 ölü, 64 yaralı - QHA - Krım Xəbər Agentliyi
Paylaş:

Rusiya ordusu iyunun 1-dən 2-nə keçən gecə Ukrayna ərazisində raketlər və silahlı pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə kütləvi birləşmiş hava hücumu həyata keçirib.Hücumun əsas hədəfi olan paytaxt Kiyevdə çoxmərtəbəli binalar, poliklinika və mülki infrastruktur ciddi şəkildə vurulub. Hücum nəticəsində aralarında uşaqların da olduğu azı 5 nəfərin öldüyü, 64 nəfərin yaralandığı bildirilib Hücum nəticəsində ölənlərin sayı ilə bağlı açıqlama verən Kiyev meri Vitali Klıçko, "4 nəfər həyatını itirib. Paytaxtda indiyədək 65 nəfər yaralanıb. Onlardan 3-ü uşaqdır. Yaralılardan 38-i xəstəxanaya yerləşdirilib. İnsanlara tibbi yardımlar davam edir. Yaralıların hamısına həkimlər tərəfindən lazımi köməklik göstərilir". dedi. Daha sonra açıqlama verən Klıçko bildirib ki, ağır yaralanan şəxs aparıldığı xəstəxanada dünyasını dəyişib PAYTATIN MÜLKİ İNFRASTRUKTURUNA ÇOX ZƏRƏ OLDU Ukrayna Fövqəladə Hallar Xidmətinin verdiyi açıqlamaya görə, hücum nəticəsində Podilski, Şevçenkivski, Obolonski, Svyatoşinski, Solomyanski, Holosiyivski, Peçerski və Darnitski rayonlarında yaşayış binalarına və mülki infrastruktura ziyan dəyib. Müxtəlif məntəqələrdə baş verən yanğınlar və dağıntılar nəticəsində tam insan tələfatı olub. Holosiyivski rayonunda poliklinika binasının ikinci və üçüncü mərtəbələri tamamilə dağılarkən, xəstəxananın bağçasında bir çox avtomobil yanıb. Podilski rayonunda 9 mərtəbəli yaşayış binasına raketin düşməsi nəticəsində binanın yükdaşıyan sütunları uçub, daha bir yaşayış binasının dam örtüyü və anbarlarında yanğın baş verib Yanğın Şevçenkovski rayonunda 24 mərtəbəli yaşayış binasının və digər 9 mərtəbəli yaşayış binasının dördüncü və beşinci mərtəbələrinə dağıntıların düşməsi nəticəsində baş verib. Eynilə, Solomyanski rayonunda 15 mərtəbəli yaşayış binasının yuxarı mərtəbələri və digər 24 mərtəbəli binanın yeddinci və səkkizinci mərtəbələri hədəfə alınıb və ərazidəki bəzi fərdi yaşayış evləri yanıb. Darnitski rayonundakı yanacaqdoldurma məntəqəsində yanğın baş verib, dağıntı parçaları Obolonski rayonunda iki uşaq bağçasının yaxınlığındakı açıq ərazilərə düşüb. Svyatoşinski rayonunda 5 mərtəbəli binanın birinci mərtəbəsi yanıb RUSİYA 73 RƏMƏT VƏ 656 SİHA ilə Ukraynanı hədəfə aldı Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın bu gecə son dövrün ən böyük eyni vaxtda və çoxşaxəli hücumlarından birini həyata keçirdiyini açıqlayıb. Rusiya ordusu tərəfindən Ukraynaya hava, dəniz və qurudan 73 müxtəlif tipli raket və 656 İHA daxil olmaqla ümumilikdə 729 hava elementi atılıb. Ukrayna Hava Hücumundan Müdafiə bölmələri, elektron döyüş sistemləri və mobil qrupların gərgin səyləri ilə bu hədəflərdən 642-si məhv edilib. Bildirilib ki, Rusiya ordusu eyni vaxtda Kiyevlə yanaşı Dnepr, Xarkov, Zaporojya və Poltava vilayətlərini də hədəfə alıb

Kaynak: qha.com.tr

Diğer Haberler