Rusiya: Biz Ukraynada müvəqqəti atəşkəs rejimini tətbiq edirik
Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən, Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin 81-ci ildönümü münasibətilə mayın 8-dən mayın 10-dək müvəqqəti atəşkəs elan edilib Bəyanatda Ukraynadakı bütün Rusiya qoşunlarının mayın 8-i s

Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən, Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin 81-ci ildönümü münasibətilə mayın 8-dən mayın 10-dək müvəqqəti atəşkəs elan edilib Bəyanatda Ukraynadakı bütün Rusiya qoşunlarının mayın 8-i saat 00:00-dan Moskva vaxtı ilə 10 may 23:59-a kimi döyüş fəaliyyətini tamamilə dayandıracağı, raket birləşmələri, artilleriya sistemləri, dəniz və havadan uzaqmənzilli yüksək dəqiqlikli silahlardan istifadənin dayandırılacağı bildirilib Açıqlamada Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi məntəqələrə və hərbi sənaye infrastrukturuna qarşı pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının dayandırılacağı da bildirilib “Ukraynanı buna əməl etməyə çağırırıq”. Bəyanatda bildirilib ki, Ukrayna ordusu atəşkəsi pozarsa və ya Rusiya regionlarında yaşayış məntəqələrinə və obyektlərinə hücuma cəhd edərsə, Rusiya Silahlı Qüvvələri “cavab verəcək” Bəyanatda xəbərdarlıq edilib ki, Kiyev administrasiyası Moskvada 9 May Qələbə Günü qeyd etmələrini hədəfə almağa çalışarsa, Rusiya ordusu Kiyevin mərkəzinə qarşı “intensiv raket hücumu” həyata keçirəcək Rusiya Müdafiə Nazirliyi mülki şəxsləri və Kiyevdəki xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını “şəhəri vaxtında tərk etməyə” çağırıb

