Rusiyanın Zaporojyeyə zərbələri nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB
Rusiyanın Ukraynanın Zaporojye vilayətinə bugünkü aviazərbə nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, daha 37 nəfər yaralanıb "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib "Bu, idarə olunan aviabombalarla şəhərin mülki infrastrukturuna endir

Rusiyanın Ukraynanın Zaporojye vilayətinə bugünkü aviazərbə nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, daha 37 nəfər yaralanıb "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib "Bu, idarə olunan aviabombalarla şəhərin mülki infrastrukturuna endirilən zərbələr idi. Bu, hər hansı bir hərbi mənası olmayan terror zərbəsidir. Rusiyanın şəhər və kəndlərimizə zərbələri bir gün də olsun kəsilmir. Təkcə bu zərbə artıq 12 can alıb", - o yazıb Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri həmçinin mayın 5-i axşam saatlarında Dneprə zərbə endirib, ilkin məlumatlara görə, dörd nəfər ölüb Ukraynanın Zaporojye vilayətinə Rusiyanın bugünkü aviazərbəsi nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 2 nəfər yaralanıb "Report" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb Qeyd olunub ki, yanğınsöndürənlər və xilasedicilər zərbələrin endirildiyi yerlərdə bütün yanğın ocaqlarını söndürüblər "Fövqəladə Hallar üzrə Dövlət Xidmətinın psixoloqları 38 nəfərə kömək ediblər, onların arasında altı uşaq və iki yetkin şəxs var", - qurumdan əlavə edilib Hadisə yerlərində bütün təcili xidmətlər fəaliyyət göstərir. Qəza-xilasetmə işləri davam edir Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın bir sıra rayonlarına güclü zərbələr endirib, nəticədə bir neçə nəfər ölüb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


