Tenqri
Ana Səhifə
Dünya

Rusiyanın Təbii Sərvətlər Nazirliyi: İşçi qrupu Xəzər üzrə proqnozlar hazırlamağa imkan verəcək

“Xəzər dənizi özünəməxsus xüsusiyyətləri olan unikal su hövzəsi və təbii obyektdir” APA xəbər verir ki, bunu Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir çərçivəsində “Xəzər dənizi yolayrıcında: Dəniz səviyyəsinin enməsi və regional fəali

0 baxışapa.az
Rusiyanın Təbii Sərvətlər Nazirliyi: İşçi qrupu Xəzər üzrə proqnozlar hazırlamağa imkan verəcək
Paylaş:

“Xəzər dənizi özünəməxsus xüsusiyyətləri olan unikal su hövzəsi və təbii obyektdir” APA xəbər verir ki, bunu Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir çərçivəsində “Xəzər dənizi yolayrıcında: Dəniz səviyyəsinin enməsi və regional fəaliyyət üzrə elm-siyasət dialoqu” panel sessiyasında Rusiya Federasiyasının Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin şöbə müdiri Natalie Tretyakova deyib O bildirib ki, Xəzərin əsas xüsusiyyətlərindən biri dəniz səviyyəsinin dəyişkənliyidir: “Bu məsələ “Tehran Konvensiyası” adlanan hüquqi sənəddə də təsbit olunub və biz bunu yaxşı bilirik. Biz hesab edirik ki, Xəzər dənizinin beştərəfli əməkdaşlıq formatı, dənizin hamımız üçün ortaq olması səbəbi ilə xüsusi əhəmiyyət daşıyır. Çünki bu formatda hər bir tərəf məlumat mübadiləsinə və ötürülməsinə töhfə verir. Məlumatlar nə qədər dolğun olarsa, qiymətləndirmə də bir o qədər obyektiv olar və Xəzər dənizinin səviyyəsinin kəskin enməsi dövründə uyğunlaşma tədbirlərinin qəbuluna ehtiyac daha dəqiq müəyyən edilə bilər” Natalie Tretyakova qeyd edib ki, son dərəcə vacib olan məsələ işçi qrupunun yaradılmasıdır: “Bu işçi qrup ölkələrə məlumat mübadiləsi aparmağa, daha geniş məlumat bazası əldə etməyə və Xəzər dənizinin səviyyə dəyişmələri üzrə proqnozlar hazırlamağa imkan verəcək. Bu, hazırkı mərhələdə beştərəfli əməkdaşlıq üçün effektiv mexanizm ola bilər və ölkələrə vəziyyəti ortaq məlumatlar əsasında qiymətləndirməyə kömək edər” Rusiyalı rəsmi qeyd edib ki, hazırda müəyyən bir səviyyə enməsi müşahidə olunur: “Bunun nə dərəcədə kəskin və ya davamlı olacağını isə hələ demək çətindir. Əsas odur ki, tərəflər və bütün beş Xəzəryanı dövlət fəal şəkildə əməkdaşlıq etsinlər”

Kaynak: apa.az

Diğer Haberler