Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
Son illərdə Xəzər dənizi və ona tökülən çayların hövzələrində temperaturun artdığını müşahidə edirik. Bunun nəticəsində həm dənizin su səthindən, həm də çay hövzələrindən buxarlanma əhəmiyyətli dərəcədə artıb AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının Hidrometeorologiya Elmi-Tədqiqat Mərkə

Son illərdə Xəzər dənizi və ona tökülən çayların hövzələrində temperaturun artdığını müşahidə edirik. Bunun nəticəsində həm dənizin su səthindən, həm də çay hövzələrindən buxarlanma əhəmiyyətli dərəcədə artıb AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının Hidrometeorologiya Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Yelena Ostrovskaya Bakıda Ümumdünya Ətraf Mühit Günü çərçivəsində təşkil olunan “Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə”də çıxışı zamanı deyib Onun sözlərinə görə, Xəzər dənizi hövzəsində formalaşmış vəziyyət və atmosfer sirkulyasiyasının mövcud xüsusiyyətləri şərq istiqamətli hava axınlarının üstünlük təşkil etməsinə səbəb olur. Bu isə temperaturun yüksəlməsini daha da gücləndirir və nəticə etibarilə dəniz səthindən buxarlanmanın artmasına əlavə təsir göstərir. Bu proses ilk növbədə Atlantik okeanından gələn rütubətli hava kütlələrinin zəifləməsi və ətraf səhralardan daxil olan quru və isti hava kütlələrinin təsirinin güclənməsi ilə bağlıdır “İqlim dəyişikliklərinin davam etməsi və İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun modellərinin göstərdiyi proqnozlara əsasən, yaxın illərdə dəniz hövzəsində temperaturun artmaqda davam edəcəyini gözləyirik. Buna görə də hesab edirik ki, Xəzər dənizinin səviyyəsinin enməsi prosesi də davam edəcək Eyni zamanda, diqqətinizi bir məqama da yönəltmək istərdim ki, dəniz səviyyəsinin dəyişməsi təbii bir prosesdir və bu, su hövzəsinin bütün tarixi boyunca müşahidə olunub. Paleoklimatoloji tədqiqatlar göstərir ki, Xəzər dənizinin tarixində həm səviyyənin yüksəldiyi, həm də azaldığı uzunmüddətli dövrlər mövcud olub. Sahilyanı müşahidə stansiyalarında aparılan instrumental ölçmələr də bunu təsdiq edir. Hətta son yüzillik və iki yüzillik müşahidələr dövründə belə, biz həm dəniz səviyyəsinin enməsini, həm də yüksəlməsini qeydə almışıq” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


