Tenqri
Ana Səhifə
Dünya

Rusiyada hərbi zavodda güclü partlayış: ölənlər və yaralananlar var

Rusiyanın Sankt-Peterburq şəhərində “Roskosmos”a məxsus hərbi-sənaye müəssisəsində baş verən partlayış və yanğın insan tələfatına səbəb olub Publika.az “Fontanka” nəşrinə istinadən xəbər verir ki, hadisə iyunun 8-də Finlandiya vağzalı yaxınlığındakı sənaye zonasında qeydə alınıb Rusiya Fövqəladə H

0 baxışpublika.az
Rusiyada hərbi zavodda güclü partlayış: ölənlər və yaralananlar var
Paylaş:

Rusiyanın Sankt-Peterburq şəhərində “Roskosmos”a məxsus hərbi-sənaye müəssisəsində baş verən partlayış və yanğın insan tələfatına səbəb olub Publika.az “Fontanka” nəşrinə istinadən xəbər verir ki, hadisə iyunun 8-də Finlandiya vağzalı yaxınlığındakı sənaye zonasında qeydə alınıb Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın Mineralnaya küçəsi 32 ünvanında yerləşən istehsalat binasında başlayıb. Açıq mənbələrə əsasən, həmin ünvanda “Roskosmos”un tabeliyində fəaliyyət göstərən “Arsenal” Maşınqayırma Zavodu yerləşir Hadisə nəticəsində 4 nəfər həlak olub. Onlardan ikisinin meyiti yanmış binada, digər ikisinin cəsədi isə dağıntılar altından tapılıb. Daha iki nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib Kimyəvi reagentlərin saxlandığı anqarda baş verən yanğın 400 kvadratmetr ərazini əhatə edib. Alovun söndürülməsinə xüsusi yanğın qatarı da cəlb olunub və əməliyyat təxminən 9 saat davam edib Partlayışın təsirindən müəssisənin ərazisini dəmir yolu xəttindən ayıran kərpic hasar dağılıb. Qatı qara tüstü şəhərin müxtəlif yerlərindən müşahidə olunub. Hadisə səbəbindən Finlandiya vağzalında qatarların hərəkəti müvəqqəti dayandırılıb Rusiya İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb. İlkin versiyaya əsasən, hadisəyə aseton buxarlarının alışması səbəb olub Qeyd edək ki, “Arsenal” Maşınqayırma Zavodu Rusiya ordusu və kosmik sənaye üçün məhsullar istehsal edir. Müəssisədə “Lotos” radiotexniki kəşfiyyat peykləri, gəmi artilleriya qurğuları, raket mühərrikləri və digər hərbi təyinatlı avadanlıqlar hazırlanır. Zavod Rusiya müdafiə sifarişlərini yerinə yetirdiyinə görə ABŞ, Böyük Britaniya və Avropa İttifaqının sanksiyalarına məruz qalıb Arazda batan yeniyetmənin axtarışları davam edir - VİDEO İndoneziya sahillərində qayıq batdı: Rusiyalı turist möcüzə sayəsində sağ qaldı Qadın küçədə maşının üzərinə uzandı, hərəkət iflic oldu - VİDEO Polis 67 kiloqramdan çox narkotik vasitə aşkarladı 91 yaşlı qadın yanaraq öldü Əfqan Sadıqov həbs edildi Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır Sabah 33 dərəcə isti olacaq Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!

Kaynak: publika.az

Diğer Haberler