Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb
Moskva Ermənistanla gələcək münasibətlərini ölkə rəhbərliyinin real hərəkətlərini nəzərə alaraq qurmaq niyyətindədir AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı şərhində deyilir Rusiy

Moskva Ermənistanla gələcək münasibətlərini ölkə rəhbərliyinin real hərəkətlərini nəzərə alaraq qurmaq niyyətindədir AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iyunun 7-də Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı şərhində deyilir Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ermənistan cəmiyyətində Rusiya-Ermənistan əlaqələrinin inkişafına və ölkənin Avrasiya inteqrasiya strukturlarında daha da iştirakına tələbat var “Moskva güclü və həqiqətən suveren Ermənistanın olmasında daim maraqlı olub və bundan sonra da belə olacaq. Ermənilər bizim qardaş xalqımızdır, onlara sülh və rifah arzulayırıq”, - deyə Mariya Zaxarova vurğulayıb O, həmçinin qeyd edib ki, son seçkilər Ermənistan cəmiyyətində yüksək dərəcədə qütbləşməni nümayiş etdirib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, əhalinin bütün təbəqələrinin fikirlərini nəzərə almadan ölkənin gələcək inkişafı ilə bağlı qərarlar qəbul etmək daha çox bölünməyə və sosial-iqtisadi geriləməyə səbəb ola bilər. Diplomat qeyd edib: “Moskvanın Ermənistanla münasibətlərdə gələcək siyasətinə gəldikdə isə, biz mövqeyimizi Ermənistan rəhbərliyinin atdığı faktiki addımları nəzərə alaraq formalaşdırmaq niyyətindəyik” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


