Tenqri
Ana Səhifə
Dünya

Rusiya-Ukrayna atəkəsi bitdi - Zelenski xəbərdarlıq etdi

Rusiya son bir neçə gündür davam edən qismən sakitliyə özü son qoymaq qərarı verib və Ukrayna buna güzgü prinsipi ilə cavab verəcək. Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, ötən gecə Ukrayna ərazisinə 200-dən çox zərbə dronu buraxılıb “Cəb

0 baxışmodern.az
Rusiya-Ukrayna atəkəsi bitdi - Zelenski xəbərdarlıq etdi
Paylaş:

Rusiya son bir neçə gündür davam edən qismən sakitliyə özü son qoymaq qərarı verib və Ukrayna buna güzgü prinsipi ilə cavab verəcək. Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, ötən gecə Ukrayna ərazisinə 200-dən çox zərbə dronu buraxılıb “Cəbhə xəttində yenidən aviasiya bombalarından istifadə olunub - 80-dən çox bomba atılıb, 30-dan artıq hava hücumu qeydə alınıb”, - deyə dövlət başçısı qeyd edib. O deyib ki, zərbə dronları Dnepropetrovsk, Jitomir, Nikolayev, Sumı, Xarkov və Çerniqov vilayətlərində, eləcə də Kiyev və ətraf bölgələrdə vurulub. Enerji obyektlərinə, çoxmənzilli yaşayış binalarına, uşaq bağçasına ziyan dəyib, həmçinin mülki dəmir yolu lokomotivinə də zərbə endirilib. Məlumata görə, hücumlar nəticəsində yaralananlar var. Təəssüf ki, ölənlər də var “Biz demişdik ki, Rusiyanın bütün addımlarına güzgü prinsipi ilə cavab verəcəyik. Rusiya bu müharibəni bitirməlidir və real, uzunmüddətli atəşkəsə doğru ilk addımı məhz o atmalıdır. Bu baş verməyənə qədər Moskvaya qarşı sanksiyalar vacibdir və qüvvədə qalmalı, daha da gücləndirilməlidir. Tərəfdaşların geri çəkilməməsi, təhlükəsizlik, ədalət və etibarlı sülh naminə birgə işi davam etdirməsi vacibdir”, - deyə Zelenski vurğulayıb

Kaynak: modern.az

Diğer Haberler