Tenqri
Ana Səhifə
Dünya

Rusiya karantin altında olan bütün məhsulların Ermənistandan idxalını məhdudlaşdırır

Rusiya 12 iyundan bütün karantin altında olan məhsulların Ermənistandan idxalını məhdudlaşdırır APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – “Rosselxoznadzor” məlumat yayıb Bildirilib ki, qurum Ermənistandan Rusiyaya karantin altınd

0 baxışapa.az
Rusiya karantin altında olan bütün məhsulların Ermənistandan idxalını məhdudlaşdırır
Paylaş:

Rusiya 12 iyundan bütün karantin altında olan məhsulların Ermənistandan idxalını məhdudlaşdırır APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – “Rosselxoznadzor” məlumat yayıb Bildirilib ki, qurum Ermənistandan Rusiyaya karantin altında olan bütün məhsulların, o cümlədən pomidor, üzüm, quru meyvə və daha çox məhsulun idxalını məhdudlaşdırıb Bu məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də 12 iyundan etibarən dayandırılır “Qərar karantin obyektlərinin sistematik aşkarlanması səbəbindən verilib. Bu ilin may ayından etibarən xidmət müəyyən növ karantin məhsullarının Ermənistandan idxalını tədricən məhdudlaşdırıb və Ermənistan tərəfinə təchizatdakı fasilələr barədə dəfələrlə məlumat göndərib”, - “Rosselxoznadzor”un məlumatında bildirilib O da qeyd olunub ki, Aİİ-də karantin mallarının siyahısına üzüm, soğan, düyü, qarğıdalı, müəyyən növ qəhvə, quru meyvələr, pomidor, kartof və digər məhsullar daxildir

Kaynak: apa.az

Diğer Haberler