Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN
6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz s

6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan “1-ci” kanalın “zaman göstərər” (“vremya pokajet”) verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma “Dağlıq-Qarabağ” ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır Publika.az xəbər verir ki, bu barədə Rusiya dövlət televiziyası olan "1-ci" kanalda Azərbaycan əleyhinə təxribata dair mətbuat katibi Ayxan Hacızadənin yerli medianın sualına cavabında bildirilib Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir Dövlət Komitəsində Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi Zakir Fərəcov vətəndaşların müraciətlərini yerində dinlədi Buraxılış imtahanının nəticələri elan olundu “Azərişıq” və “Ticarət Şəbəkələrinin İnkişafı” nümayəndələri arasında görüş - Fotolar Qlobal əməkdaşlıq: Əfsanəvi supermodellər sosial mediada eksklüziv seçimlərini təqdim edir - FOTO Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO Lopez hamamdan çılpaq paylaşım etdi: 56 yaşlı məşhur gözəllik sirrini açıqladı - VİDEO Buraxılış imtahanının nəticələri elan olundu Əli Əsədov əmr imzaladı Baş nazirdən yeni qərar Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili


