Şərurda şəhidlərin xatirəsinə bulaq-abidə kompleksinin açılışı olub
Şərur rayonunun Düdəngə kəndində Vətən uğrunda canlarını fəda etmiş polis serjantı Asəf Rəhimov, əsgər Vüsal Ağayev, baş leytenant Orxan Quliyev və əsgər Abbas Cavadovun xatirəsinə ucaldılmış bulaq-abidə kompleksinin açılışı olub "Report"un yerli bürosu xəbər verir ki, açılış mərasimində şəhid ailə

Şərur rayonunun Düdəngə kəndində Vətən uğrunda canlarını fəda etmiş polis serjantı Asəf Rəhimov, əsgər Vüsal Ağayev, baş leytenant Orxan Quliyev və əsgər Abbas Cavadovun xatirəsinə ucaldılmış bulaq-abidə kompleksinin açılışı olub "Report"un yerli bürosu xəbər verir ki, açılış mərasimində şəhid ailələri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, o cümlədən şərurlu döyüşçülərin şücaətindən danışıblar Qeyd olunub ki, polis serjantı Asəf Rəhimov, əsgər Vüsal Ağayev, baş leytenant Orxan Quliyev və əsgər Abbas Cavadovun timsalında bütün şəhidlərimizin keçdiyi şərəfli həyat yolu gənc nəsil üçün örnəkdir və onların xatirəsi daim ehtiramla anılacaq Tədbirdə məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib Sonda şəhidlərin xatirəsinə həsr olunmuş bulaq-abidə kompleksinin açılışı olub, abidə önünə gül dəstələri düzülüb, xatirə şəkilləri çəkdirilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

CHP Böyükşəhər Bələdiyyə Başçılarından Birgə Bəyanat: Partiyamızın seçilmiş sədri cənab Özelin yanındayıq, növbədənkənar qurultayımız ən geci 45 gün ərzində çağırılmalıdır | T24

Azərbaycan Xarici İşlər Nazirliyi mina partlayışı ilə bağlı Çinə başsağlığı verib
