Tenqri
Ana Səhifə
Dünya

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə TANAP layihəsinin analoqu olan yeni elektrik enerjisi dəhlizinin yaradılması üzərində işləyir AZƏRTAC Rumıniyanın “Curs de Guvernare” nəşrinə istinadən xəbər verir ki, layihə Azərbaycanın enerji resurslarını Türkiyə

0 baxışazertag.az
Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir
Paylaş:

Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə TANAP layihəsinin analoqu olan yeni elektrik enerjisi dəhlizinin yaradılması üzərində işləyir AZƏRTAC Rumıniyanın “Curs de Guvernare” nəşrinə istinadən xəbər verir ki, layihə Azərbaycanın enerji resurslarını Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırmağı nəzərdə tutur və regionun enerji xəritəsində yeni strateji mərhələ kimi qiymətləndirilir Məlumatda bildirilir ki, təşəbbüs Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar tərəfindən açıqlanıb. Onun sözlərinə görə, layihə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) elektrik enerjisi sahəsində analoqu olacaq və Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, eləcə də digər Cənub-Şərqi Avropa ölkələri arasında enerji bağlantılarını gücləndirəcək Nazir vurğulayıb ki, qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı bir dövrdə enerji təhlükəsizliyinin əsas elementləri məhz mənbələrin şaxələndirilməsi və enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsidir. Bu baxımdan yeni elektrik dəhlizi Avropa ilə Xəzər regionu arasında strateji enerji körpüsü rolunu oynaya bilər Məqalədə qeyd olunur ki, son iyirmi ildə Azərbaycan və Türkiyə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və TANAP kimi layihələrlə Avrasiyanın enerji xəritəsini dəyişən tərəfdaşlığa imza atıblar. Yeni təşəbbüs isə bu əməkdaşlığın artıq yaşıl enerji və elektrik enerjisi ticarəti sahəsinə keçdiyini göstərir Nəşr yazır ki, Azərbaycan artıq yalnız neft və qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirməyə çalışır. Xəzər dənizinin külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, eləcə də beynəlxalq investorların iştirakı ilə tikilən iri Günəş və külək elektrik stansiyaları bu strategiyanın əsasını təşkil edir Məqalədə vurğulanır ki, Azərbaycanın dövlət elektrik şəbəkəsi operatoru artıq Türkiyə istiqamətində yeni yüksəkgərginlikli enerji xətlərinin inşasına başlayıb. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə sərhədini birləşdirəcək 400 kilovoltluq enerji xətti gələcəkdə Avropaya elektrik enerjisi ixracı üçün vacib infrastruktur elementlərindən biri hesab olunur Ekspertlər hesab edirlər ki, layihənin əhəmiyyəti yalnız enerji sahəsi ilə məhdudlaşmır. Yeni dəhliz Avropa İttifaqının enerji təhlükəsizliyi siyasətinə, yaşıl keçid strategiyasına və alternativ enerji marşrutlarının inkişafına töhfə verə bilər. Rusiya-Ukrayna müharibəsindən sonra Avropada enerji mənbələrinin şaxələndirilməsi prioritetə çevrildiyindən Azərbaycanın rolu daha da artıb Müşahidəçilərin fikrincə, yeni elektrik dəhlizi TANAP-ın qaz bazarında oynadığı rolu gələcəkdə elektrik enerjisi bazarında da təmin edə bilər. Bu isə Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında enerji bağlantılarının əsas mərkəzlərindən birinə çevirə bilər. Layihənin perspektivdə Mərkəzi Asiya ölkələrini də əhatə edə biləcəyi bildirilir Məqalədə belə bir nəticəyə gəlinir ki, enerji keçidinin sürətləndiyi və geosiyasi rəqabətin gücləndiyi müasir dövrdə Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən yeni elektrik dəhlizi Avrasiyanın enerji arxitekturasında mühüm dəyişikliklərə səbəb ola bilər. Bu təşəbbüs Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirməklə yanaşı, ölkənin yaşıl enerji ixracatçısı kimi beynəlxalq mövqeyini də möhkəmləndirə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler