Rumıniya nəşri: AÇG-də qaz hasilatının başlanması Azərbaycanın enerji rolunu gücləndirir
Macarıstanın aparıcı enerji şirkəti “MOL Group” və onun tərəfdaşlarının Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk kommersiya qaz hasilatına başlaması yalnız Azərbaycanın enerji sənayesində deyil, həm də Avropanın enerji təhlükəsizliyi sistemində mühüm mərhələnin başlanğıc

Macarıstanın aparıcı enerji şirkəti “MOL Group” və onun tərəfdaşlarının Azərbaycanın nəhəng “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk kommersiya qaz hasilatına başlaması yalnız Azərbaycanın enerji sənayesində deyil, həm də Avropanın enerji təhlükəsizliyi sistemində mühüm mərhələnin başlanğıcı hesab olunur AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Rumıniyanın “Stiri pe surse” nəşrinin hazırladığı məqalədə yer alıb Məlumatda bildirilir ki, hasilat Xəzər dənizində yerləşən “Qərbi Çıraq” platformasından qazılmış ilk quyudan həyata keçirilir. Bununla da uzun illər əsasən neft yatağı kimi tanınan AÇG blokunda qaz ehtiyatlarının kommersiya məqsədilə istifadəsinə başlanılıb. Bu layihə Azərbaycanın enerji sektorunun inkişafında yeni mərhələ açır və ölkənin beynəlxalq enerji bazarlarındakı mövqeyini daha da möhkəmləndirir Məqalədə qeyd olunur ki, son geoloji araşdırmalar AÇG yatağında böyük qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib. İlkin hesablamalara görə, yataqda trilyonlarla kubmetr qaz ehtiyatı mövcuddur ki, bu da gələcək illərdə Azərbaycanın ixrac imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər Ekspertlər hesab edirlər ki, layihənin əhəmiyyəti xüsusilə Avropanın enerji siyasəti baxımından diqqətəlayiqdir. Son illərdə Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsini strateji prioritet elan edib. Bu prosesdə Azərbaycan etibarlı tərəfdaş kimi ön plana çıxıb. Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmağa çalışdığı bir dövrdə Azərbaycanın qaz ehtiyatları və mövcud ixrac infrastrukturu xüsusi əhəmiyyət daşıyır Məqalədə vurğulanır ki, Azərbaycan artıq təkcə neft ixrac edən ölkə deyil. Son illərdə ölkə Avropanın mühüm qaz təchizatçılarından birinə çevrilib. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan və digər Avropa ölkələrinə çatdırılır. AÇG yatağından hasil olunacaq əlavə qaz həcmləri bu marşrutların daha da güclənməsinə imkan yarada bilər Nəşr qeyd edir ki, layihədə dünyanın aparıcı enerji şirkətləri iştirak edir. Operator qismində BP çıxış edir. Konsorsiumun digər üzvləri sırasında SOCAR, MOL Group, INPEX, ExxonMobil, TPAO və ONGC Videsh kimi iri beynəlxalq şirkətlər yer alır. Bu isə Azərbaycanın enerji sektoruna beynəlxalq investorların uzunmüddətli etimadını nümayiş etdirir Məqalədə xatırladılır ki, AÇG yataqları Azərbaycanın müasir iqtisadi inkişaf tarixində xüsusi yer tutur. 1994-cü ildə imzalanmış və “Əsrin müqaviləsi” kimi tarixə düşmüş saziş ölkənin enerji strategiyasının əsasını qoyub. Həmin layihə Azərbaycanın qlobal enerji bazarlarına inteqrasiyasını təmin edib və ölkənin iqtisadi inkişafında mühüm rol oynayıb Bu gün isə AÇG-də qaz hasilatının başlanması həmin layihənin yeni mərhələyə keçdiyini göstərir. Mütəxəssislər hesab edirlər ki, bu addım Azərbaycanın enerji sektorunun şaxələndirilməsinə, ixrac potensialının artırılmasına və ölkənin beynəlxalq enerji bazarlarındakı rolunun güclənməsinə xidmət edəcək Məqalədə vurğulanır ki, Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindən biri uzunmüddətli sabitlik və etibarlılıqdır. Məhz bu amillər ölkəni Avropanın enerji təhlükəsizliyi strategiyasında vacib tərəfdaşa çevirib. Yeni qaz layihələrinin işə salınması isə Azərbaycanın həm regional, həm də qlobal enerji bazarlarında strateji əhəmiyyətini daha da artırır Ekspertlərin qənaətinə görə, AÇG yatağında qaz hasilatının başlanması Azərbaycanın Avropanın enerji xəritəsində mövqeyini gücləndirən növbəti mühüm addımdır. Bu layihə ölkənin enerji potensialını genişləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsi siyasətinə də mühüm töhfə verəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


