Tenqri
Ana Səhifə
Elm

Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb

Rumıniyanın Krayova Universitetinin rəsmi elmi nəşri olan "Analele Universității Din Craiova. Istorie" (Krayova Universiteti Elmi Əsərləri. Tarix seriyası) jurnalının yeni sayında azərbaycanlı tədqiqatçı dosent Əli Fərhadovun məqaləsi dərc olunub AZƏRTAC xəbər verir ki, tədqiqat işində təbrizli yaz

0 baxışazertag.az
Rumıniya elmi nəşrində "Varlıq" jurnalının milli kimlikdəki rolu araşdırılıb
Paylaş:

Rumıniyanın Krayova Universitetinin rəsmi elmi nəşri olan "Analele Universității Din Craiova. Istorie" (Krayova Universiteti Elmi Əsərləri. Tarix seriyası) jurnalının yeni sayında azərbaycanlı tədqiqatçı dosent Əli Fərhadovun məqaləsi dərc olunub AZƏRTAC xəbər verir ki, tədqiqat işində təbrizli yazar Cavad Heyətin rəhbərliyi altında Tehranda işıq üzü görmüş "Varlıq" jurnalının (1979–2014) İran Azərbaycanında milli kimliyin və şüurun qorunub saxlanmasındakı mühüm rolu araşdırılıb. Müəllif jurnalın tarixi faktlara işıq salaraq Rusiya və Ermənistanın Azərbaycana vurduğu zərərləri, eləcə də ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərini necə ifşa etdiyini təhlil edib Məqalədə "Varlıq" jurnalının materiallarına istinadla İslamın sülh dini olduğu vurğulanır, mütərəqqi din xadimlərinin bəyanatları və dəstəyi vasitəsilə milli birliyin qorunmasının vacibliyi ön plana çəkilir Beynəlxalq indeksli jurnalda dərc olunan bu məqalə Azərbaycanın haqq səsinin və tarixi həqiqətlərinin dünya elmi ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler