Yunan mətbuatı bir kəndin yüzdə 70-nin İsrailli investor tərəfindən alınmasını gündəmdə saxlamağa davam edir
Cənubi Kiprin tərk edilmiş “Trozena” kəndinin böyük hissəsinin israilli sərmayəçi tərəfindən alınması ilə bağlı xəbərlər Yunanıstan mətbuatında yer almağa davam edir Fileleftheros qəzeti mövzu ilə bağlı verdiyi xəbərdə "Trozena" kəndinin tərk edilməsinin əsas səbəbinin kəndə heç vaxt elektrik veri

Cənubi Kiprin tərk edilmiş “Trozena” kəndinin böyük hissəsinin israilli sərmayəçi tərəfindən alınması ilə bağlı xəbərlər Yunanıstan mətbuatında yer almağa davam edir Fileleftheros qəzeti mövzu ilə bağlı verdiyi xəbərdə "Trozena" kəndinin tərk edilməsinin əsas səbəbinin kəndə heç vaxt elektrik verilməməsi olduğunu və kəndə elektrik enerjisinin gətirilmə xərcinin İsrailli sərmayəçi ilə kənd sakinləri arasında paylaşılacağını yazıb Kəndə elektrik enerjisinin gətirilməsinin dəyərinin 370 min avro olacağını və bu rəqəmin investorlarla və kənddəki evlərini yeniləmək istəyən keçmiş sakinlərlə bərabər bölünəcəyini bildirən qəzet, su infrastrukturunun necə aparılacağının hələlik bəlli olmadığını vurğulayıb Qəzet İsrailli sərmayəçinin kənddə 60 ev, şərab evi və düşərgə sahəsi inşa edəcəyini, investorun kənddəki 30 evdən 15-ni aldığını və hələlik onların söküləcək, yoxsa təmir ediləcəyi bəlli deyil Xəbərdə investorun tikinti fəaliyyətinə başlamaq üçün lazımi icazələri gözlədiyi bildirilib və tikiləcək evlərin təqaüdçülərə kirayə verilməsinin nəzərdə tutulduğuna dair də məlumatların əldə edildiyi qeyd edilib


