Tenqri
Ana Səhifə
Dünya

Rubio Hindistana cavab verdi

ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə telefon danışığı zamanı deyib ki, Amerika tərəfi İran neftinin “qanunsuz daşınmasına” və İranın dəniz blokadasını pozmaq cəhdlərinə dözməyəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb "Həmsöhbətlər Hör

0 baxışhaqqin.az
Rubio Hindistana cavab verdi
Paylaş:

ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə telefon danışığı zamanı deyib ki, Amerika tərəfi İran neftinin “qanunsuz daşınmasına” və İranın dəniz blokadasını pozmaq cəhdlərinə dözməyəcək. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb "Həmsöhbətlər Hörmüz boğazında baş verən son hadisələri müzakirə ediblər. Dövlət katibi vurğulayıb ki, bütün ticarət gəmiləri boğazda sülh və təhlükəsizliyi təmin etmək istəyən ABŞ hərbi qüvvələrinin əmrlərinə dərhal tabe olmalıdır", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir Sənəddə deyilir: “Rubio Amerika blokadasının pozulmasının və İran neftinin qeyri-qanuni nəqlinin yolverilməzliyini vurğulayıb Son bir neçə gün ərzində Hörmüz boğazında göyərtəsində Hindistan vətəndaşlarının olduğu üç gəmi ABŞ Hərbi Dəniz Qüvvələrinin hücumuna məruz qalıb. İyunun 8-də Oman sahillərində raket hücumuna məruz qalan Palau bayraqlı tankerin 24 Hindistan ekipaj üzvü xilas edilib. İyunun 9-da göyərtəsində 24 hindistanlı dənizçinin də olduğu Palau bayrağı altında üzən Settebello tankeri Oman körfəzində ABŞ qüvvələrinin hücumuna məruz qalıb. 21 ekipaj üzvü xilas edilib, üç nəfər ölüb. İyunun 11-də Qvineya bayrağı altında üzən MT Jalveer ticarət gəmisinə hücum barədə məlumat yayılıb. Gəmidə yanğın baş verib. Hindistanın 20 ekipaj üzvünün hamısı xilas edilib Hindistan Xarici İşlər Nazirliyi Amerika tərəfinə bildirib ki, kommersiya gəmilərinə hücumlar qəbuledilməzdir. ABŞ-ın müvəqqəti işlər vəkili Ceyson Miks ABŞ Hərbi Dəniz Qüvvələrinin hindistanlı dənizçiləri daşıyan gəmilərə davam edən hücumlarına kəskin etiraz etmək üçün Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb

Kaynak: haqqin.az

Diğer Haberler