Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi
Bakıda əla çalışdım. Çox gözəl komandamız vardı, bütün yolu onunla birlikdə qət etdik. Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi. Azərbaycanlılar musiqisevər xalqdır, rəqs etmək, mahnı oxumaq xoşlarına gəlir, mənim üçün maraqlı idi – onların zövqünü oxşaya biləcəyəm? Bu barədə AZƏRTAC-ın müx

Bakıda əla çalışdım. Çox gözəl komandamız vardı, bütün yolu onunla birlikdə qət etdik. Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi. Azərbaycanlılar musiqisevər xalqdır, rəqs etmək, mahnı oxumaq xoşlarına gəlir, mənim üçün maraqlı idi – onların zövqünü oxşaya biləcəyəm? Bu barədə AZƏRTAC-ın müxbirinə “Sahildə axşam” (rejissor – Leonid Klyots) şousunun rəssamı Yelizaveta Nevinnaya bəhs edib Rəssamın sözlərinə görə, sirkə olan sevgisi obrazların yaradılmasında ona ilham verib “İş prosesində sirk estetikasına güclü bağlılığım olduğunu anladım. Sənətçilərin arenada göstərdiyi fəndlərin əsrlər boyu dəyişməməsi, onların parlaq keçmişdən qalması fikri mənə ilham verir. Mən, həmçinin sovet qrafik rəssamı Vladimir Lebedevin əsərlərindən ilham aldım”, - deyə müsahibimiz qeyd edib O, layihənin əhatə dairəsinin geniş olduğunu vurğulayıb “Şoumuzun əsas ideyası sevginin bizi necə ucaltması, baş verən hər şeyi yenidən düşünməyimiz ilə bağlı hekayə idi. Sirk şousuna rəqs, mahnı və teatr elementlərini daxil etməli idik. Bütün bunları bir araya gətirmək çətindir. Komandamız bunu necə edəcəyimizi anlamaq üçün birlikdə çalışdı”, - deyə Y. Nevinnaya bildirib “Sahildə axşam” açıq hava şousu Azərbaycan və beynəlxalq sənətçilərin iştirakı ilə yay mövsümündə Dənizkənarı Milli Parkda keçirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


