Tenqri
Ana Səhifə
Dünya

"Rəqəmsal keçid müqavimətlə qarşılaşır" - Nəqliyyat ekspert

"Rəqəmsal keçid müqavimətlə qarşılaşır, bunun üçün düşüncə dəyişikliyi baş verməlidir fikri səsləndirilir. Bu yanaşma təkcə logistika və nəqliyyat sahəsində deyil, şəhər mobilliyinin transformasiyasında da özünü açıq şəkildə göstərir. Yeni texnologiyalar, rəqəmsal həllər, ictimai nəqliyyatın priorit

0 baxış525.az
"Rəqəmsal keçid müqavimətlə qarşılaşır" - Nəqliyyat ekspert
Paylaş:

"Rəqəmsal keçid müqavimətlə qarşılaşır, bunun üçün düşüncə dəyişikliyi baş verməlidir fikri səsləndirilir. Bu yanaşma təkcə logistika və nəqliyyat sahəsində deyil, şəhər mobilliyinin transformasiyasında da özünü açıq şəkildə göstərir. Yeni texnologiyalar, rəqəmsal həllər, ictimai nəqliyyatın prioritetləşdirilməsi, mikromobillik və insanyönümlü küçə konsepsiyaları çox vaxt texniki deyil, məhz düşüncə baryerləri ilə üzləşir" Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib Mütəxəssis qeyd edib ki, əslində transformasiyanın ən çətin hissəsi infrastrukturun qurulması deyil, insanların və institutların dəyişən reallığa uyğunlaşmasıdır. Çünki yeni yanaşmalar mövcud vərdişləri, idarəetmə modellərini və uzun illər formalaşmış stereotipləri dəyişməyi tələb edir: "Şəhər mobilliyində də rəqəmsallaşmada olduğu kimi, uğurun əsas şərti texnologiyanın tətbiqi deyil, onun arxasında duran düşüncə tərzinin yenilənməsidir. Dəyişiklik yalnız yeni alətlər əldə etməklə deyil, həmin alətlərdən istifadənin zəruriliyini qəbul etməklə mümkün olur. Bu baxımdan, rəqəmsal keçid və şəhər mobilliyinin transformasiyası eyni çağırışla üz-üzədir: texnologiyadan əvvəl düşüncə transformasiyası"

Kaynak: 525.az

Diğer Haberler

"Rəqəmsal keçid müqavimətlə qarşılaşır" - Nəqliyyat ekspert | Tenqri