Tenqri
Ana Səhifə
Dünya

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Azərbaycan İnnovasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya keçirilib Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri üçün agentliyin təqdim et

0 baxışazertag.az
“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub
Paylaş:

Azərbaycan İnnovasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə “Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya keçirilib Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirak edən sahibkarlıq subyektlərinin nümayəndələri üçün agentliyin təqdim etdiyi rəqəmsal həllər, onların biznes proseslərində tətbiqi və yaratdığı imkanlar təqdim olunub Sessiya zamanı agentliyin İdarə Heyəti sədrinin müşaviri Mehdi Cavadov rəqəmsal transformasiyanın biznes mühitinin inkişafındakı rolundan danışaraq “digital.finance”, RSD və “mygov ID” kimi məhsulların sahibkarların fəaliyyətinin daha səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb. Həmçinin rəqəmsal hökumətə keçid çərçivəsində həyata keçirilən təşəbbüslər və sahibkarlıq subyektlərinin rəqəmsallaşmasına dəstək istiqamətində görülən işlər barədə məlumat verilib Daha sonra agentliyin Strateji tərəfdaşlıq şöbəsinin müdiri Orxan İsmayılov “Biznes üçün Rəqəmsal Hökumət Həlləri: rəqəmsal inkişaf üçün tərəfdaşlıq” mövzusunda təqdimatla çıxış edib. Təqdimat çərçivəsində dövlət və özəl sektor arasında rəqəmsal əməkdaşlıq imkanları, mövcud həllərin biznes proseslərinə inteqrasiyası və onların yaratdığı üstünlüklər müzakirə olunub İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal hökumət həllərinin özəl sektor üçün daha əlçatan edilməsi, sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasına dəstək göstərilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler